Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Milli Məclisdə təhsil sistemindən narazılıq edildi
06.05.11 20:25

“Bizim qəbul elədiyimiz Konstitusiyada normativ sənədlərin çox sabit olması nəzərdə tutulsa da, bu, tez-tez dəyişilir. Tələbə qəbulu qaydalarına müəyyən düzəlişlər edilməsi buna misaldır”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə millət vəkili Qüdrət Həsənquliyev parlamentin bugünkü iclasında deyib. O bildirib ki, əgər bu dəyişiklik edilirsə belə, gələn il üçün nəzərdə tutulmalıdır. “Azərbaycanda heç kimə sirr deyil ki, hər dəfə TQDK sədri Məleykə Abbaszadə bildirir ki, ölkədəki orta məktəblərdə tədris işi yaxşı təşkil olunmayıb. Buna görə də ildən-ilə test sualları çətinləşdirilir. Baxmayaraq ki, Azərbaycanda orta təhsil pulsuzdur, gəlin yoxlayaq görək neçə faiz tələbə repetitorsuz ali məktəblərə qəbul olunur. Bütün orta məktəb şagirdləri repetitor yanına gedir və nəticədə ali məktəblərə getdikdə riyaziyyat və digər fənlərlə bağlı suallara cavab verə bilmirlər. Çünki çalışırlar ki, yalnız imtahan verdikləri fənləri öyrənsinlər. Təhsil Nazirliyi orta məktəblərdə orta səviyyədə test sualları müəyyənləşdirməlidir. Hesab edirəm ki, biz yoxsul və orta təbəqənin taleyini fikirləşməliyik. Repetitor valideynlərin büdcəsinə ciddi ziyan vurur” – deyə millət vəkili qeyd edib. Daha sonra təhsillə bağlı çıxış edən millət vəkili Azay Quliyev bildirib ki, orta məktəblərdə tədris kifayət qədər mürəkkəbdir. Onun sözlərinə görə, valideynlər buna narazılıqlarını bildirirlər. Bununla bağlı QHT-lər və digərləri tərəfində monitorinq aparıldığını dilə gətirən millət vəkili söyləyib ki, belə bir nəticə hasil olur ki, bu gün təhsil mövcud kurrikuluma uyğun gəlmir. O vurğulayıb ki, biz yeni təhsil sisteminə keçsək də, qüsurlar göz qabağındadır: “Digər məsələ isə dərsliklərin məzmunu və materialların həcmi ilə bağlıdır. Məsələn, Rusiyada I, II siniflərdə altı, Türkiyədə yeddi, Azərbaycanda isə doqquz fənn tədris olunur. Hesab edirəm ki, bizdə bu məsələyə yenidən baxılmalıdır” - deyə A.Quliyev bildirib. Daha sonra müzakirəyə spiker Oqtay Əsədov da qoşulub: “Biz sovet təhsil sistemindən birdəfəlik imtina eləmişik. Lakin o sistemdə çox gözəl müsbət məsələlər var idi. Yeni qanun layihələrində mütləq bu məsələlərə baxmaq lazımdır”.
URL / WWW
http://kelam.az/article/a-3509.html