Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Milli Məclisdə təhsil sistemindən narazılıq edildi
    “Bizim qəbul elədiyimiz Konstitusiyada normativ sənədlərin çox sabit olması nəzərdə tutulsa da, bu, tez-tez dəyişilir. Tələbə qəbulu qaydalarına müəyyən düzəlişlər edilməsi buna misaldır”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə millət vəkili Qüdrət Həsənquliyev parlamentin bugünkü iclasında deyib. O bildirib ki, əgər bu dəyişiklik edilirsə belə, gələn il üçün nəzərdə tutulmalıdır. “Azərbaycanda heç kimə sirr deyil ki, hər dəfə TQDK sədri Məleykə Abbaszadə bildirir ki, ölkədəki orta məktəblərdə tədris işi yaxşı təşkil olunmayıb. Buna görə də ildən-ilə test sualları çətinləşdirilir. Baxmayaraq ki, Azərbaycanda orta təhsil pulsuzdur, gəlin yoxlayaq görək neçə faiz tələbə repetitorsuz ali məktəblərə qəbul olunur.

    Bütün orta məktəb şagirdləri repetitor yanına gedir və nəticədə ali məktəblərə getdikdə riyaziyyat və digər fənlərlə bağlı suallara cavab verə bilmirlər. Çünki çalışırlar ki, yalnız imtahan verdikləri fənləri öyrənsinlər. Təhsil Nazirliyi orta məktəblərdə orta səviyyədə test sualları müəyyənləşdirməlidir. Hesab edirəm ki, biz yoxsul və orta təbəqənin taleyini fikirləşməliyik. Repetitor valideynlərin büdcəsinə ciddi ziyan vurur” – deyə millət vəkili qeyd edib. Daha sonra təhsillə bağlı çıxış edən millət vəkili Azay Quliyev bildirib ki, orta məktəblərdə tədris kifayət qədər mürəkkəbdir. Onun sözlərinə görə, valideynlər buna narazılıqlarını bildirirlər. Bununla bağlı QHT-lər və digərləri tərəfində monitorinq aparıldığını dilə gətirən millət vəkili söyləyib ki, belə bir nəticə hasil olur ki, bu gün təhsil mövcud kurrikuluma uyğun gəlmir. O vurğulayıb ki, biz yeni təhsil sisteminə keçsək də, qüsurlar göz qabağındadır: “Digər məsələ isə dərsliklərin məzmunu və materialların həcmi ilə bağlıdır. Məsələn, Rusiyada I, II siniflərdə altı, Türkiyədə yeddi, Azərbaycanda isə doqquz fənn tədris olunur. Hesab edirəm ki, bizdə bu məsələyə yenidən baxılmalıdır” - deyə A.Quliyev bildirib. Daha sonra müzakirəyə spiker Oqtay Əsədov da qoşulub: “Biz sovet təhsil sistemindən birdəfəlik imtina eləmişik. Lakin o sistemdə çox gözəl müsbət məsələlər var idi. Yeni qanun layihələrində mütləq bu məsələlərə baxmaq lazımdır”.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 372
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30