Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Səfir Aqşin Mehdiyev Karib Dövlətləri Birliyinin iclasında iştirak edib
06.05.11 20:15

Azərbaycanın BMT yanında Daimi nümayəndəsi səfir Aqşin Mehdiyev mayın 4-5-də Sent Kitts və Nevisdə keçirilmiş Karib Dövlətləri Birliyinin (CARİCOM) Xarici Münasibətlər üzrə Şurasının 14-cü iclasında iştirak edib. Nümayəndəlikdən “KƏLAMİNFO”ya verilən məlumata görə, iclasda çıxış edən A.Mehdiyev Azərbaycanın Karib hövzəsi ölkələri ilə münasibətlərin genişləndirilməsi siyasətini davam etdirdiyini bildirib, həmin ölkələr ilə qarşılıqlı maraq doğuran əməkdaşlığın inkişafı və dialoqun aparılması vacibliyini vurğulayıb. Azərbaycan diplomatı çıxışında ölkəmizin inkişafı, əldə etdiyi nailiyyətlər və iqtisadi vəziyyəti barədə iclas iştirakçılarına məlumat verib. Qeyd edib ki, məqsədyönlü islahatların həyata keçirilməsi, milli inkişaf strategiyasının tətbiqi və davamlı iqtisadi siyasətin aparılması nəticəsində Azərbaycan dünyada iqtisadi baxımdan sürətlə inkişaf edən ölkələrdən biri kimi tanınıb. Bununla yanaşı, səfir Azərbaycan xalqının ən ağrılı problemi olan, 20 ildən çox davam edən, beynəlxalq və regional sülhə təhlükə yaradan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ölkəmizin ərazisinin bir hissəsinin Ermənistan tərəfindən işğalı və onun nəticələri barədə geniş məlumat verib. Səfər zamanı A.Mehdiyevin Antika və Barbudanın baş naziri, CARİCOM-un baş katibi, CARİCOM-a hazırda sədrliyi həyata keçirən Qrenadanın xarici işlər naziri, Sent Kitts və Nevisin, Trinidad və Tobaqonun xarici işlər nazirləri ilə ikitərəfli görüşləri olub. Görüşlər zamanı ikitərəfli münasibətlərin dərinləşdirilməsi, əməkdaşlıq perspektivləri, mövcud potensialdan geniş istifadə və prioritet sahələrin müəyyən edilməsinin vacibliyi, beynəlxalq səviyyədə mövqelərin daha da yaxınlaşdırılması zəruriliyi ətrafında geniş fikir mübadiləsi aparılıb.
URL / WWW
http://kelam.az/article/a-3501.html