Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Səfir Aqşin Mehdiyev Karib Dövlətləri Birliyinin iclasında iştirak edib
    Azərbaycanın BMT yanında Daimi nümayəndəsi səfir Aqşin Mehdiyev mayın 4-5-də Sent Kitts və Nevisdə keçirilmiş Karib Dövlətləri Birliyinin (CARİCOM) Xarici Münasibətlər üzrə Şurasının 14-cü iclasında iştirak edib. Nümayəndəlikdən “KƏLAMİNFO”ya verilən məlumata görə, iclasda çıxış edən A.Mehdiyev Azərbaycanın Karib hövzəsi ölkələri ilə münasibətlərin genişləndirilməsi siyasətini davam etdirdiyini bildirib, həmin ölkələr ilə qarşılıqlı maraq doğuran əməkdaşlığın inkişafı və dialoqun aparılması vacibliyini vurğulayıb.

    Azərbaycan diplomatı çıxışında ölkəmizin inkişafı, əldə etdiyi nailiyyətlər və iqtisadi vəziyyəti barədə iclas iştirakçılarına məlumat verib. Qeyd edib ki, məqsədyönlü islahatların həyata keçirilməsi, milli inkişaf strategiyasının tətbiqi və davamlı iqtisadi siyasətin aparılması nəticəsində Azərbaycan dünyada iqtisadi baxımdan sürətlə inkişaf edən ölkələrdən biri kimi tanınıb. Bununla yanaşı, səfir Azərbaycan xalqının ən ağrılı problemi olan, 20 ildən çox davam edən, beynəlxalq və regional sülhə təhlükə yaradan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ölkəmizin ərazisinin bir hissəsinin Ermənistan tərəfindən işğalı və onun nəticələri barədə geniş məlumat verib. Səfər zamanı A.Mehdiyevin Antika və Barbudanın baş naziri, CARİCOM-un baş katibi, CARİCOM-a hazırda sədrliyi həyata keçirən Qrenadanın xarici işlər naziri, Sent Kitts və Nevisin, Trinidad və Tobaqonun xarici işlər nazirləri ilə ikitərəfli görüşləri olub. Görüşlər zamanı ikitərəfli münasibətlərin dərinləşdirilməsi, əməkdaşlıq perspektivləri, mövcud potensialdan geniş istifadə və prioritet sahələrin müəyyən edilməsinin vacibliyi, beynəlxalq səviyyədə mövqelərin daha da yaxınlaşdırılması zəruriliyi ətrafında geniş fikir mübadiləsi aparılıb.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 399
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30