Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Prezident İmişli Olimpiya İdman Kompleksinin açılışında iştirak edib
06.05.11 20:15

Prezident İlham Əliyev mayın 5-də İmişli Olimpiya İdman Kompleksinin açılışında iştirak edib. “KƏLAMİNFO” xəbər verir ki, dövlət başçısı kompleksin açılışını bildirən lenti kəsib. Gənclər və idman naziri Azad Rəhimov Prezident İlham Əliyevə bildirib ki, İmişli şəhərinin mərkəzində yerləşən kompleksin tikintisinə 2007-ci ilin oktyabrından başlanılıb. Bu nəhəng idman qurğusunun inşası üçün 5 hektar torpaq sahəsi ayrılıb. Tikinti işləri ən yüksək səviyyədə aparılıb və mayın əvvəlində başa çatdırılıb. İkimərtəbəli kompleksin binasında universal idman zalı, üzgüçülük hovuzu, boks, güləş, trenajor, şahmat və konfrans zalları, eləcə də yeməkxana və mehmanxana fəaliyyət göstərir. Bildirilib ki, kompleks İmişlidə idmanın müxtəlif sahələrinin müasir tələblər səviyyəsində inkişaf etdirilməsi üçün lazımi avadanlıqla təchiz olunub. Kompleksin həyətindəki futbol, basketbol və voleybol meydançaları da idmançıların ixtiyarına verilib. Qeyd edilib ki, tikinti sahəsi 12 min kvadratmetr olan əsas bina 5 hissədən ibarətdir. Prezident İlham Əliyev üzgüçülük hovuzuna baxıb. Hovuzun uzunluğu 25, eni isə 12,5 metrdir. Burada xüsusi nəmalma qurğusu, hovuzun ətrafında isə 135 oturacaq quraşdırılıb. Binanın ikinci mərtəbəsində trenajor zalı, şahmat otağı və inzibati otaqlar yerləşir. Bu otaqlarda da hər cür şərait yaradılıb. Əsas binada idmançıların soyunub-geyinməsi, məşq zalları və digər xidməti otaqlar var. Kompleksin yeməkxanasından eyni vaxtda 100 nəfər istifadə edə biləcək. 60 nəfərlik konfrans zalı da ikinci mərtəbədədir. Prezident İlham Əliyev kompleksin mehmanxanası ilə də yaxından tanış olub. Bildirilib ki, 15 otaqdan ibarət mehmanxana 32 yerlikdir. Burada həm idmançılar, həm də qonaqların rahat istirahəti üçün hər cür şərait yaradılıb. Mehmanxana xüsusi havalandırma sistemi ilə təchiz olunub. Açıq havada quraşdırılan idman qurğuları ilə tanış olan Prezident İlham Əliyevə məlumat verilib ki, burada inşa edilmiş futbol, basketbol və voleybol meydançalarında həm rayon, həm də respublika səviyyəli yarışlar keçirmək mümkündür. Prezident İlham Əliyev burada İmişli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Prezident İlham Əliyev görülmüş işlərdən razılığını bildirib.
URL / WWW
http://kelam.az/article/a-3498.html