Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Prezident İmişli Olimpiya İdman Kompleksinin açılışında iştirak edib
    Prezident İlham Əliyev mayın 5-də İmişli Olimpiya İdman Kompleksinin açılışında iştirak edib. “KƏLAMİNFO” xəbər verir ki, dövlət başçısı kompleksin açılışını bildirən lenti kəsib. Gənclər və idman naziri Azad Rəhimov Prezident İlham Əliyevə bildirib ki, İmişli şəhərinin mərkəzində yerləşən kompleksin tikintisinə 2007-ci ilin oktyabrından başlanılıb. Bu nəhəng idman qurğusunun inşası üçün 5 hektar torpaq sahəsi ayrılıb. Tikinti işləri ən yüksək səviyyədə aparılıb və mayın əvvəlində başa çatdırılıb. İkimərtəbəli kompleksin binasında universal idman zalı, üzgüçülük hovuzu, boks, güləş, trenajor, şahmat və konfrans zalları, eləcə də yeməkxana və mehmanxana fəaliyyət göstərir.

    Bildirilib ki, kompleks İmişlidə idmanın müxtəlif sahələrinin müasir tələblər səviyyəsində inkişaf etdirilməsi üçün lazımi avadanlıqla təchiz olunub. Kompleksin həyətindəki futbol, basketbol və voleybol meydançaları da idmançıların ixtiyarına verilib. Qeyd edilib ki, tikinti sahəsi 12 min kvadratmetr olan əsas bina 5 hissədən ibarətdir. Prezident İlham Əliyev üzgüçülük hovuzuna baxıb. Hovuzun uzunluğu 25, eni isə 12,5 metrdir. Burada xüsusi nəmalma qurğusu, hovuzun ətrafında isə 135 oturacaq quraşdırılıb. Binanın ikinci mərtəbəsində trenajor zalı, şahmat otağı və inzibati otaqlar yerləşir. Bu otaqlarda da hər cür şərait yaradılıb. Əsas binada idmançıların soyunub-geyinməsi, məşq zalları və digər xidməti otaqlar var. Kompleksin yeməkxanasından eyni vaxtda 100 nəfər istifadə edə biləcək. 60 nəfərlik konfrans zalı da ikinci mərtəbədədir. Prezident İlham Əliyev kompleksin mehmanxanası ilə də yaxından tanış olub. Bildirilib ki, 15 otaqdan ibarət mehmanxana 32 yerlikdir. Burada həm idmançılar, həm də qonaqların rahat istirahəti üçün hər cür şərait yaradılıb. Mehmanxana xüsusi havalandırma sistemi ilə təchiz olunub. Açıq havada quraşdırılan idman qurğuları ilə tanış olan Prezident İlham Əliyevə məlumat verilib ki, burada inşa edilmiş futbol, basketbol və voleybol meydançalarında həm rayon, həm də respublika səviyyəli yarışlar keçirmək mümkündür. Prezident İlham Əliyev burada İmişli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Prezident İlham Əliyev görülmüş işlərdən razılığını bildirib.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 344
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30