Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Azərbaycanda insan alverinə qarşı mübarizə həftəsi başladı
05.05.11 20:36

Bu gün ATƏT-in Bakı ofisində Azərbaycanda insan alverinə qarşı mübarizə həftəsinin başlanmasına həsr olunan tədbir keçirilib. “KƏLAMİNFO” xəbər verir ki, bu kampaniya ATƏT-in Bakı ofisi, Daxili İşlər Nazirliyi, Azərbaycan Miqrasiya Mərkəzi, Təmiz Dünya İctimai Birliyi, Beynəlxalq Miqrasiya Təşkilatı və Beynəlxalq Əmək Təşkilatı ilə birgə həyata keçirilir. Tədbirdə çıxış edən ATƏT-in Bakı ofisi rəhbərinin müavini Melissa Stoun bildirib ki, kampaniya insan alverinə qarşı mübarizə ilə bağlı ictimai məlumatlandırmanı artırmaqdan ibarətdir. O xatırladıb ki, ötən il də ATƏT-in Bakı ofisi eyni kampaniyanı dəstəkləyib və həmin tədbirlərin sonunda insan alveri ilə mübarizə məqsədilə yaradılan “Qaynar-xətt”ə 500 zəng daxil olub. O, təmsil olunduğu qurumun insan alverinə qarşı mübarizə ilə bağlı aparılan bütün tədbirləri bir daha dəstəkləməyə hazır olduğunu söyləyib. Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəis müavini İmran Nəcəfov isə qeyd edib ki, insan alveri ilə mübarzədə bir sıra dövlət qurumları ilə birlikdə müvafiq tədbirlər həyata keçirilib və bu tədbirlər davam etdirilir. Ötən il və cari ilin birinci rübündə “Qaynar-xətt” xidmətinə müxtəlif məsələlərlə bağlı 13 699 məlumatın daxil olduğunu xatırladan İ.Nəcəfov qeyd edib ki, onlardan 15-i insan alverindən zərər çəkmiş və ehtimal olunan şəxslər barədə olub. O, zəng edən abonentlərə müvafiq məsləhətlərin verildiyini söyləyib. Azərbaycan Miqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev bu gündən etibarən Azərbaycanda insan alverinə qarşı mübarzəyə həsr olunan “İstismarla barışma” şüarı altında 10 günlük maarifləndirmə xarakterli tədbirlərə start verdiklərini açıqlayıb. O, mayın 13-də Azərbaycan qanunvericiliyinin Avropa Şurasının insan alverinə qarşı fəaliyyətə dair Konvensiyasına uyğunlaşdırılmasına həsr olunan tədbir təşkil edəcəklərini də açıqlayıb. Beynəlxalq Miqrasiya Təşkilatı və Beynəlxalq Əmək Təşkilatının nümayəndələri də mövzu ilə bağlı həyata keçirdikləri tədbirlər və digər məsələlərlə bağlı məlumat veriblər.
URL / WWW
http://kelam.az/article/a-3489.html