Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Azərbaycanda insan alverinə qarşı mübarizə həftəsi başladı
    Bu gün ATƏT-in Bakı ofisində Azərbaycanda insan alverinə qarşı mübarizə həftəsinin başlanmasına həsr olunan tədbir keçirilib. “KƏLAMİNFO” xəbər verir ki, bu kampaniya ATƏT-in Bakı ofisi, Daxili İşlər Nazirliyi, Azərbaycan Miqrasiya Mərkəzi, Təmiz Dünya İctimai Birliyi, Beynəlxalq Miqrasiya Təşkilatı və Beynəlxalq Əmək Təşkilatı ilə birgə həyata keçirilir. Tədbirdə çıxış edən ATƏT-in Bakı ofisi rəhbərinin müavini Melissa Stoun bildirib ki, kampaniya insan alverinə qarşı mübarizə ilə bağlı ictimai məlumatlandırmanı artırmaqdan ibarətdir. O xatırladıb ki, ötən il də ATƏT-in Bakı ofisi eyni kampaniyanı dəstəkləyib və həmin tədbirlərin sonunda insan alveri ilə mübarizə məqsədilə yaradılan “Qaynar-xətt”ə 500 zəng daxil olub. O, təmsil olunduğu qurumun insan alverinə qarşı mübarizə ilə bağlı aparılan bütün tədbirləri bir daha dəstəkləməyə hazır olduğunu söyləyib.

    Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəis müavini İmran Nəcəfov isə qeyd edib ki, insan alveri ilə mübarzədə bir sıra dövlət qurumları ilə birlikdə müvafiq tədbirlər həyata keçirilib və bu tədbirlər davam etdirilir. Ötən il və cari ilin birinci rübündə “Qaynar-xətt” xidmətinə müxtəlif məsələlərlə bağlı 13 699 məlumatın daxil olduğunu xatırladan İ.Nəcəfov qeyd edib ki, onlardan 15-i insan alverindən zərər çəkmiş və ehtimal olunan şəxslər barədə olub. O, zəng edən abonentlərə müvafiq məsləhətlərin verildiyini söyləyib. Azərbaycan Miqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev bu gündən etibarən Azərbaycanda insan alverinə qarşı mübarzəyə həsr olunan “İstismarla barışma” şüarı altında 10 günlük maarifləndirmə xarakterli tədbirlərə start verdiklərini açıqlayıb. O, mayın 13-də Azərbaycan qanunvericiliyinin Avropa Şurasının insan alverinə qarşı fəaliyyətə dair Konvensiyasına uyğunlaşdırılmasına həsr olunan tədbir təşkil edəcəklərini də açıqlayıb. Beynəlxalq Miqrasiya Təşkilatı və Beynəlxalq Əmək Təşkilatının nümayəndələri də mövzu ilə bağlı həyata keçirdikləri tədbirlər və digər məsələlərlə bağlı məlumat veriblər.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 331
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30