Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Elmar Məmmədyarov Serbiyada bir sıra görüşlər keçirib
06.05.11 02:36

Belqradda ikigünlük rəsmi səfərdə olan xarici işlər naziri Elmar Məmmədyarov səfərinin ikinci günü Serbiya prezidenti Boris Tadiç tərəfindən qəbul edilib. Xarici İşlər Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, E.Məmmədyarov həmçinin ölkə parlamentinin sədri xanım Slavitsa Cukiç-Deyanoviç, Baş nazir Mirko Tsvetkoviç, Baş nazirin birinci müavini və daxili işlər naziri İvitsa Daçiç, əmək və sosial siyasət naziri Rasim Lyayiçlə görüşüb. Prezident B.Tadiçlə görüş zamanı Serbiyanın dövlət başçısı 2010-cu ilin 12-13 may tarixlərində Azərbaycana rəsmi səfərini xatırladıb. B.Tadiç cari ilin 8-9 iyun tarixlərində Azərbaycan prezidenti İlham Əliyevi ölkəsində səfərdə görməkdən məmnun olacağını bildirib. O, səfərin ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın daha da dərinləşməsinə xidmət edəcəyinə əmin olduğunu vurğulayıb.Görüş zamanı cənab B.Tadiç Serbiyanın Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və ölkəmizin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli mövqeyini dəstəklədiyini bir daha vurğulayıb, eyni zamanda, Azərbaycan rəhbərliyinə Serbiyanı Kosovo məsələsində dəstəklədiyinə görə təşəkkürünü bildirib. E.Məmmədyarov öz növbəsində B.Tadiçə Azərbaycan prezidentinin səmimi salamlarını çatdırıb. Nazir Azərbaycanda siyasi, iqtisadi-sosial vəziyyət, aparılan demokratik islahatlar barədə ətraflı məlumat verib, ölkəmizdə siyasi sabitliyin, iqtisadi inkişafın qorunub saxlanmasında prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətin xalq tərəfindən tam dəstəkləndiyini vurğulayıb. E.Məmmədyarov Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətindən bəhs edərək, 20% faizi işğal olunmuş Azərbaycan torpaqlarının qeyd-şərtsiz boşaldılmasına dair BMT-nin dörd qətnaməsinin tələblərinin Ermənistan tərəfindən hələ də yerinə yetirilmədiyini, münaqişənin həlli istiqamətində ATƏT-in Minsk qrupunun fəaliyyəti barədə geniş məlumat verib.
URL / WWW
http://kelam.az/article/a-3482.html