Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Elmar Məmmədyarov Serbiyada bir sıra görüşlər keçirib
    Belqradda ikigünlük rəsmi səfərdə olan xarici işlər naziri Elmar Məmmədyarov səfərinin ikinci günü Serbiya prezidenti Boris Tadiç tərəfindən qəbul edilib. Xarici İşlər Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, E.Məmmədyarov həmçinin ölkə parlamentinin sədri xanım Slavitsa Cukiç-Deyanoviç, Baş nazir Mirko Tsvetkoviç, Baş nazirin birinci müavini və daxili işlər naziri İvitsa Daçiç, əmək və sosial siyasət naziri Rasim Lyayiçlə görüşüb. Prezident B.Tadiçlə görüş zamanı Serbiyanın dövlət başçısı 2010-cu ilin 12-13 may tarixlərində Azərbaycana rəsmi səfərini xatırladıb. B.Tadiç cari ilin 8-9 iyun tarixlərində Azərbaycan prezidenti İlham Əliyevi ölkəsində səfərdə görməkdən məmnun olacağını bildirib. O, səfərin ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın daha da dərinləşməsinə xidmət edəcəyinə əmin olduğunu vurğulayıb.

    Görüş zamanı cənab B.Tadiç Serbiyanın Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və ölkəmizin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli mövqeyini dəstəklədiyini bir daha vurğulayıb, eyni zamanda, Azərbaycan rəhbərliyinə Serbiyanı Kosovo məsələsində dəstəklədiyinə görə təşəkkürünü bildirib. E.Məmmədyarov öz növbəsində B.Tadiçə Azərbaycan prezidentinin səmimi salamlarını çatdırıb. Nazir Azərbaycanda siyasi, iqtisadi-sosial vəziyyət, aparılan demokratik islahatlar barədə ətraflı məlumat verib, ölkəmizdə siyasi sabitliyin, iqtisadi inkişafın qorunub saxlanmasında prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətin xalq tərəfindən tam dəstəkləndiyini vurğulayıb. E.Məmmədyarov Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətindən bəhs edərək, 20% faizi işğal olunmuş Azərbaycan torpaqlarının qeyd-şərtsiz boşaldılmasına dair BMT-nin dörd qətnaməsinin tələblərinin Ermənistan tərəfindən hələ də yerinə yetirilmədiyini, münaqişənin həlli istiqamətində ATƏT-in Minsk qrupunun fəaliyyəti barədə geniş məlumat verib.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 345
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30