Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » BSU-da Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş konfrans keçirilir
04.05.11 19:34

Bu gün Bakı Slavyan Universitetində (BSU) Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş “Azərbaycanşünaslığın aktual problemləri” ənənəvi II Beynəlxalq elmi konfrans öz işinə başlayır. “KƏLAMİNFO” xəbər verir ki, konfransa respublikanın ali məktəblərindən və elmi müəssisələrindən 173, Türkiyə, Amerika Birləşmiş Ştatları, Rusiya, Belarus, Gürcüstan, Litva, Polşa, Qazaxıstan universitetlərindən isə 30 alim və tədqiqatçı qatılıb. Konfransda çıxış edən BSU-nun rektoru Kamal Abdulla keçən il bu konfransın Naxçıvan Dövlət Universiteti ilə birgə keçirildiyini, bu il isə Azərbaycanın digər bir şəhəri Gəncə Dövlət Universiteti ilə birgə keçirdiklərini qeyd edib. Konfransın işi yüksək qiymətləndirən K/Abdulla bu cür konfransların vacib olduğunu vurğulayıb. Təhsil nazirinin müavini Elmar Qasımov isə Heydər Əliyevin doğum günü münasibətilə müxtəlif tədbirlərin, layihələrin keçirildiyini, lakin bu konfransın əsasında elm durduğu üçün xüsusi diqqət çəkdiyini bildirib. Konfransda Azərbaycanşünaslıq ideyalarının bir elmi istiqamət kimi öyrənilməsi və mənimsənilməsi, xarici ölkələrin universitetlərində fəaliyyət göstərən Azərbaycanşünaslıq tədris və mədəniyyət mərkəzlərinin fəaliyyətinin gücləndirilməsi, Azərbaycanşünaslığın inkişafı, təbliği və tədqiqi, müxtəlif ölkələrdən olan azərbaycanşünasların, Azərbaycan dilinə və ədəbiyyatına, tarixi və mədəniyyətinə böyük marağı və məhəbbəti olan insanların bir yerə toplanması və Azərbaycanın dünya ölkələri sırasında layiqli yer tutmasında bu insanların elmi potensialı və təcrübəsindən geniş istifadə edilməsi, eləcə də həmin ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspora təşkilatları ilə əlaqələrin möhkəmləndirilməsinə dəstək məqsədilə təşkil olunmuş ənənəvi konfransın bölmə iclasları bu gündən ayın 7-dək Bakı və Gəncə şəhərlərində keçiriləcək. Konfransın işi müasir azərbaycanşünaslığın müxtəlif aspektlərini ehtiva edən dil və ədəbiyyat, ictimai-siyasi elmlər və kulturologiya istiqamətləri üzrə aparılır. Konfrans çərçivəsində görkəmli folklorşünas alim professor Məmmədhüseyn Təhmasibin iki cildlik “Seçilmiş əsərləri”nin həm Bakı Slavyan Universitetində, həm də Gəncə Dövlət Universitetində təqdimat mərasimi keçiriləcək. Qeyd edək ki, konfransın təşkilatçıları BSU və Gəncə Dövlət Universitetidir.
URL / WWW
http://kelam.az/article/a-3478.html