Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    BSU-da Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş konfrans keçirilir
    Bu gün Bakı Slavyan Universitetində (BSU) Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş “Azərbaycanşünaslığın aktual problemləri” ənənəvi II Beynəlxalq elmi konfrans öz işinə başlayır. “KƏLAMİNFO” xəbər verir ki, konfransa respublikanın ali məktəblərindən və elmi müəssisələrindən 173, Türkiyə, Amerika Birləşmiş Ştatları, Rusiya, Belarus, Gürcüstan, Litva, Polşa, Qazaxıstan universitetlərindən isə 30 alim və tədqiqatçı qatılıb. Konfransda çıxış edən BSU-nun rektoru Kamal Abdulla keçən il bu konfransın Naxçıvan Dövlət Universiteti ilə birgə keçirildiyini, bu il isə Azərbaycanın digər bir şəhəri Gəncə Dövlət Universiteti ilə birgə keçirdiklərini qeyd edib. Konfransın işi yüksək qiymətləndirən K/Abdulla bu cür konfransların vacib olduğunu vurğulayıb.

    Təhsil nazirinin müavini Elmar Qasımov isə Heydər Əliyevin doğum günü münasibətilə müxtəlif tədbirlərin, layihələrin keçirildiyini, lakin bu konfransın əsasında elm durduğu üçün xüsusi diqqət çəkdiyini bildirib. Konfransda Azərbaycanşünaslıq ideyalarının bir elmi istiqamət kimi öyrənilməsi və mənimsənilməsi, xarici ölkələrin universitetlərində fəaliyyət göstərən Azərbaycanşünaslıq tədris və mədəniyyət mərkəzlərinin fəaliyyətinin gücləndirilməsi, Azərbaycanşünaslığın inkişafı, təbliği və tədqiqi, müxtəlif ölkələrdən olan azərbaycanşünasların, Azərbaycan dilinə və ədəbiyyatına, tarixi və mədəniyyətinə böyük marağı və məhəbbəti olan insanların bir yerə toplanması və Azərbaycanın dünya ölkələri sırasında layiqli yer tutmasında bu insanların elmi potensialı və təcrübəsindən geniş istifadə edilməsi, eləcə də həmin ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspora təşkilatları ilə əlaqələrin möhkəmləndirilməsinə dəstək məqsədilə təşkil olunmuş ənənəvi konfransın bölmə iclasları bu gündən ayın 7-dək Bakı və Gəncə şəhərlərində keçiriləcək. Konfransın işi müasir azərbaycanşünaslığın müxtəlif aspektlərini ehtiva edən dil və ədəbiyyat, ictimai-siyasi elmlər və kulturologiya istiqamətləri üzrə aparılır. Konfrans çərçivəsində görkəmli folklorşünas alim professor Məmmədhüseyn Təhmasibin iki cildlik “Seçilmiş əsərləri”nin həm Bakı Slavyan Universitetində, həm də Gəncə Dövlət Universitetində təqdimat mərasimi keçiriləcək. Qeyd edək ki, konfransın təşkilatçıları BSU və Gəncə Dövlət Universitetidir.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 348
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30