Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Hərbi ekspert hərbi qanunlarımızda ediləcək dəyişikliklərlə bağlı təkliflərini açıqladı
26.04.11 19:53

“Bu gün Azərbaycanda hərbi qanunvericilikdə ediləcək addım doğrudur və buna ehtiyac var. Çünki ölkədə hərbi qanunvericilik sənədlərinin bir çoxu hələ də yenilənməyib və ya onların yenilənməsi işi çox ləng aparılıb”. Bu barədə “KƏLAMİNFO” müsahibəsində hərbi ekspert Cəsur Sümərinli bildirib. O, qeyd edib ki, indiyə qədər bu dəyişikliyin olmaması səbəbindən xüsusilə hərbi qulluqçuların və onların ailələri, müharibə veteranları, şəhid ailələrinin sosial təminat məsələlərində müəyyən problemlər ortaya çıxırdı. “Bir neçə il öncə hərbi qulluqçuların, onların ailə üzvləri, müharibə veteranları, şəhid ailələrinin güzəşt və imtiyazlarının çoxu ləğv edildi və bu müəyyən problemlər ortaya çıxartdı. Araşdırmalar göstərir ki, Azərbaycanda hərbi qanunvericilk sənədlərində hərbi qulluqçular, onların ailə üzvləri, müharibə veteranları, şəhid ailələrinin sosial rifahının gücləndirilməsi istiqmətində dəyişiklik edilməsinə ciddi ehtiyac yaranıb. Bu sahədə xüsusilə də beynəlxaq təcrübənin öyrənilməsinə, Azərbaycanın inteqrasiya olunduğu Avroatlantik məkanı ölkələrinin hərbi qulluqçularının sosial rifah məsələlərinin diqqətdə saxlanılması, müsbət təcrübələrin Azərbaycan qanunvericiliyinə tətbiq olunmasına ehtiyac var”,-deyə C.Sümərənli vurğulayıb. Ekspert hesab edir ki, dəyişikliklər zamanı Azərbaycanın xarici hərbi siyasətində daha da dəqiqləşmə aparılmalıdır. “İndiyədək Azərbaycanın xarici hərbi əməkdaşlıq siyasətini müəyyənləşdirən əsas iki strateji sənəd mövcuddur: birincisi, 2007-ci ilin may ayında qəbul olunmuş Milli Təhlükəsizlik Konsepsiyası; ikincisi, 2010-cu ilin iyununda qəbul olunmuş Hərbi Doktrinadır. Bu sənədlər Azərbaycanın xarici hərbi siyasətini əsasən balanslı olaraq müəyyənləşdirir. Amma bu iki sənəd arasında bir çox cəhətlərinə görə də fərqlər var. Milli Təhlükəsizlik Konsepsiyası Azərbaycanın daha çox Avroatlantik intqerasiyaya üz tutduğunu qeyd edir. Amma Hərbi Doktrinada daha çox balanslı siyasətin üstünlüklərindən danışılır. Ona görə də burada bir qədər dəqiqləşmələr aparılmalıdır”,-deyə o, əlavə edib. Ekspert təklifləri əsasında Azərbaycanın hərbi-strateji baxımdan Avroatlantik məkana daha sıx bağlanmasının tərəfdarı olduğunu deyir. “Hesab edirəm ki, bu, Azərbaycanın müdafiə və təhlükəsizlk imkanlarını daha da artıracaq. Düşünürəm ki, qarşıda qəbul ediləcək sənədlərdə - xüsusilə də Strateji Müdafiə İcmalında bu məsələ xüsusilə diqqət mərkəzində olmalıdır”,-deyə hərbi ekspert təklif edib.
URL / WWW
http://kelam.az/article/a-3396.html