Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Hərbi ekspert hərbi qanunlarımızda ediləcək dəyişikliklərlə bağlı təkliflərini açıqladı
    “Bu gün Azərbaycanda hərbi qanunvericilikdə ediləcək addım doğrudur və buna ehtiyac var. Çünki ölkədə hərbi qanunvericilik sənədlərinin bir çoxu hələ də yenilənməyib və ya onların yenilənməsi işi çox ləng aparılıb”. Bu barədə “KƏLAMİNFO” müsahibəsində hərbi ekspert Cəsur Sümərinli bildirib. O, qeyd edib ki, indiyə qədər bu dəyişikliyin olmaması səbəbindən xüsusilə hərbi qulluqçuların və onların ailələri, müharibə veteranları, şəhid ailələrinin sosial təminat məsələlərində müəyyən problemlər ortaya çıxırdı. “Bir neçə il öncə hərbi qulluqçuların, onların ailə üzvləri, müharibə veteranları, şəhid ailələrinin güzəşt və imtiyazlarının çoxu ləğv edildi və bu müəyyən problemlər ortaya çıxartdı. Araşdırmalar göstərir ki, Azərbaycanda hərbi qanunvericilk sənədlərində hərbi qulluqçular, onların ailə üzvləri, müharibə veteranları, şəhid ailələrinin sosial rifahının gücləndirilməsi istiqmətində dəyişiklik edilməsinə ciddi ehtiyac yaranıb.

    Bu sahədə xüsusilə də beynəlxaq təcrübənin öyrənilməsinə, Azərbaycanın inteqrasiya olunduğu Avroatlantik məkanı ölkələrinin hərbi qulluqçularının sosial rifah məsələlərinin diqqətdə saxlanılması, müsbət təcrübələrin Azərbaycan qanunvericiliyinə tətbiq olunmasına ehtiyac var”,-deyə C.Sümərənli vurğulayıb. Ekspert hesab edir ki, dəyişikliklər zamanı Azərbaycanın xarici hərbi siyasətində daha da dəqiqləşmə aparılmalıdır. “İndiyədək Azərbaycanın xarici hərbi əməkdaşlıq siyasətini müəyyənləşdirən əsas iki strateji sənəd mövcuddur: birincisi, 2007-ci ilin may ayında qəbul olunmuş Milli Təhlükəsizlik Konsepsiyası; ikincisi, 2010-cu ilin iyununda qəbul olunmuş Hərbi Doktrinadır. Bu sənədlər Azərbaycanın xarici hərbi siyasətini əsasən balanslı olaraq müəyyənləşdirir. Amma bu iki sənəd arasında bir çox cəhətlərinə görə də fərqlər var. Milli Təhlükəsizlik Konsepsiyası Azərbaycanın daha çox Avroatlantik intqerasiyaya üz tutduğunu qeyd edir. Amma Hərbi Doktrinada daha çox balanslı siyasətin üstünlüklərindən danışılır. Ona görə də burada bir qədər dəqiqləşmələr aparılmalıdır”,-deyə o, əlavə edib. Ekspert təklifləri əsasında Azərbaycanın hərbi-strateji baxımdan Avroatlantik məkana daha sıx bağlanmasının tərəfdarı olduğunu deyir. “Hesab edirəm ki, bu, Azərbaycanın müdafiə və təhlükəsizlk imkanlarını daha da artıracaq. Düşünürəm ki, qarşıda qəbul ediləcək sənədlərdə - xüsusilə də Strateji Müdafiə İcmalında bu məsələ xüsusilə diqqət mərkəzində olmalıdır”,-deyə hərbi ekspert təklif edib.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 491
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30