Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » İKT sektorunda 24 faizlik artım qeydə alınıb
19.04.11 02:55

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) 2011-ci ilin I rübünün yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib. Nazirlikdən “KƏLAMİNFO”a verilən məlumatda bildirilir ki, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov kollegiya iclasında ölkə başçısının Nazirlər Kabinetinin 2011-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasındakı proqram xarakterli çıxışından irəli gələn vəzifələr və perspektivlər barədə danışaraq, informasiya-kommunikasiya texnologiyalarının böyük kommersiya əhəmiyyəti daşıması, sektorun yeni gəlir mənbəyinə çevrilməsinin gələcəkdə bu sektorda əldə olunacaq gəlirlərin ölkə iqtisadiyyatının inkişafına güclü təsir göstərəcəyini qeyd edib. 2011-ci ilin I rübü ərzində qeydə alınan nəticələr barədə çıxış edən məruzəçi bildirib ki, ötən dövr ərzində İKT sektorunda artım tempi 24,7 faiz, o cümlədən telekommunikasiya sektorunda 19,2 faiz, İT sektorunda 2,3 dəfə, informasiya sektorunda isə 1,6 dəfə təşkil edib. Eyni zamanda, İKT, poçt və informasiya sektoru üzrə əldə olunan gəlirlərin ÜDM-də payı 1,9 faiz olub. Hesabat dövründə mobil abunəçilərin sayı 9 446 400 nəfər, əhalinin hər 100 nəfərinə düşən kompüterlərin sayı 15 ədəd, internet istifadəçilərinin sayı 50-yə bərabər olub. Sonra məruzə ətrafında RİTN-in bir sıra birlik və müəssisələrinin rəhbərləri çıxış ediblər. Kollegiyaya yekun vuran Ə.Abbasov qəbul olunmuş dövlət proqramlarının icrası, kosmik peykin orbitə çıxarılması, ölkəmiz və eyni zamanda region üçün mühüm əhəmiyyət kəsb edəcək “Trans-Avrasiya Super İnformasiya Magistralı”, “Elektron-hökümət” layihələrinin reallaşdırılması, rəqəmsal televiziyanın tətbiqi, poçt sektorunda bank xidmətlərinin genişləndirilməsi, regional informasiya xidmət mərkəzlərinin, özəl sektorda sağlam rəqabət mühitinin yaradılması ilə bağlı bir sıra tapşırıqlar verib. Bundan başqa, nazir əhaliyə göstərilən rabitə xidmətlərinin, eləcə də xidmət mədəniyyətinin yüksəldilməsi və bir sıra mühüm əhəmiyyət kəsb edən layihələrin və məsələlərin icrasının təmin olunması, eyni zamanda bu sahədə mövcud çatışmazlıqların aradan qaldırılması üçün də göstərişlər verib.
URL / WWW
http://kelam.az/article/a-3345.html