Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    İKT sektorunda 24 faizlik artım qeydə alınıb
    Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) 2011-ci ilin I rübünün yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib. Nazirlikdən “KƏLAMİNFO”a verilən məlumatda bildirilir ki, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov kollegiya iclasında ölkə başçısının Nazirlər Kabinetinin 2011-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasındakı proqram xarakterli çıxışından irəli gələn vəzifələr və perspektivlər barədə danışaraq, informasiya-kommunikasiya texnologiyalarının böyük kommersiya əhəmiyyəti daşıması, sektorun yeni gəlir mənbəyinə çevrilməsinin gələcəkdə bu sektorda əldə olunacaq gəlirlərin ölkə iqtisadiyyatının inkişafına güclü təsir göstərəcəyini qeyd edib.

    2011-ci ilin I rübü ərzində qeydə alınan nəticələr barədə çıxış edən məruzəçi bildirib ki, ötən dövr ərzində İKT sektorunda artım tempi 24,7 faiz, o cümlədən telekommunikasiya sektorunda 19,2 faiz, İT sektorunda 2,3 dəfə, informasiya sektorunda isə 1,6 dəfə təşkil edib. Eyni zamanda, İKT, poçt və informasiya sektoru üzrə əldə olunan gəlirlərin ÜDM-də payı 1,9 faiz olub. Hesabat dövründə mobil abunəçilərin sayı 9 446 400 nəfər, əhalinin hər 100 nəfərinə düşən kompüterlərin sayı 15 ədəd, internet istifadəçilərinin sayı 50-yə bərabər olub. Sonra məruzə ətrafında RİTN-in bir sıra birlik və müəssisələrinin rəhbərləri çıxış ediblər. Kollegiyaya yekun vuran Ə.Abbasov qəbul olunmuş dövlət proqramlarının icrası, kosmik peykin orbitə çıxarılması, ölkəmiz və eyni zamanda region üçün mühüm əhəmiyyət kəsb edəcək “Trans-Avrasiya Super İnformasiya Magistralı”, “Elektron-hökümət” layihələrinin reallaşdırılması, rəqəmsal televiziyanın tətbiqi, poçt sektorunda bank xidmətlərinin genişləndirilməsi, regional informasiya xidmət mərkəzlərinin, özəl sektorda sağlam rəqabət mühitinin yaradılması ilə bağlı bir sıra tapşırıqlar verib. Bundan başqa, nazir əhaliyə göstərilən rabitə xidmətlərinin, eləcə də xidmət mədəniyyətinin yüksəldilməsi və bir sıra mühüm əhəmiyyət kəsb edən layihələrin və məsələlərin icrasının təmin olunması, eyni zamanda bu sahədə mövcud çatışmazlıqların aradan qaldırılması üçün də göstərişlər verib.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 430
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30