Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Mehriban Əliyeva: “Bakı əsl mədəniyyətlərarası dialoq məkanına çevrilib”
08.04.11 22:52

Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz işini davam etdirir. KƏLAMİNFO xəbər verir ki, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Forumun “Qadınlar – mədəniyyətlərarası dialoqun əsas təmsilçiləri” mövzusunda üçüncü sessiyasında iştirak edib. Azərbaycanın birinci xanımı və YUNESKO-nun mədəniyyət və mədəniyyətlərarası dialoq şöbəsinin direktoru Katerina Stenounun sədrliyi ilə keçirilən sessiyada qadınların mədəniyyətlərarası dialoqun əsas təmsilçiləri kimi cəmiyyət həyatında oynadığı rolun təşviq edilməsi məqsədi ilə nəzəri və praktiki çərçivənin müəyyən edilməsi məsələləri müzakirə olunub. Sessiyanı açan Mehriban xanım Əliyeva qonaqları salamlayaraq Forumun əhəmiyyətindən danışıb. Azərbaycanın birinci xanımı vurğulayıb ki, son illər Bakı əsl mədəniyyətlərarası dialoq məkanına çevrilib. “Yaxın keçmişə nəzər salaraq biz bir sıra beynəlxalq tədbirləri sadalaya bilərik. Keçən il ölkəmizdə Dünya Dini Liderlərinin Bakı Sammiti keçirilmişdi. 2009-cu il Bakı İslam Mədəniyyətinin paytaxtı elan olunmuşdu. Həmin il İKT-yə üzv ölkələrin, eləcə də Avropa ölkələrinin mədəniyyət nazirlərinin toplantısı keçirildi. 2008-ci ildə Azərbaycan bütün qitələri əhatə edən beynəlxalq qadınlar konfransına ev sahibliyi edib. Bu konfransda mədəniyyətlərarası dialoqda qadınların roluna dair Bakı Bəyannaməsi qəbul edildi” - deyən M.Əliyeva bu cür tədbirlərin Azərbaycanda keçirilməsi üçün həm güclü zəminin, həm də əlverişli mühitin mövcud olduğunu qeyd edib. M.Əliyeva bildirib ki, qədim dövrdən bu günədək Azərbaycan bütün dünyaya açıq olan bir ölkə kimi tanınır. Azərbaycanın birinci xanımı Forumda səslənəcək müxtəlif fikir və təkliflərin, tədbirin nəticələrinin mədəniyyətlərarası dialoqun möhkəmlənməsinə layiqli töhfə verəcəyini ümidvar olduğunu deyib. YUNESKO-nun mədəniyyət və mədəniyyətlərarası dialoq şöbəsinin direktoru Katerina Stenou vurğulayıb ki, bu sessiya çox əhəmiyyətlidir. “Çünki bu sessiya qadınların mədəniyyətlərarası dialoqun əsas təmsilçiləri kimi oynadığı rolun təşviq edilməsi məqsədilə nəzəri və praktiki çərçivənin müəyyən edilməsinə yönəlib. Bu baxımdan, mədəniyyətlərarası dialoq müştərək universal dəyərlərdən ilhamlanan davamlı proses hesab edilir”-deyə o vurğulayıb. Tədbirdə, həmçinin Rusiya Federasiya Şurasının sədr müavini Svetlana Orlova, Paris şəhəri 7-ci rayonun meri, Avropa Parlamentinin üzvü Rəşidə Dati, ABŞ Mədəniyyətlərarası Dialoq Mərkəzinin direktoru Vendi Lids-Hurvits çıxış ediblər.
URL / WWW
http://kelam.az/article/a-3287.html