Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Mehriban Əliyeva: “Bakı əsl mədəniyyətlərarası dialoq məkanına çevrilib”
    Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz işini davam etdirir. KƏLAMİNFO xəbər verir ki, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Forumun “Qadınlar – mədəniyyətlərarası dialoqun əsas təmsilçiləri” mövzusunda üçüncü sessiyasında iştirak edib. Azərbaycanın birinci xanımı və YUNESKO-nun mədəniyyət və mədəniyyətlərarası dialoq şöbəsinin direktoru Katerina Stenounun sədrliyi ilə keçirilən sessiyada qadınların mədəniyyətlərarası dialoqun əsas təmsilçiləri kimi cəmiyyət həyatında oynadığı rolun təşviq edilməsi məqsədi ilə nəzəri və praktiki çərçivənin müəyyən edilməsi məsələləri müzakirə olunub.

    Sessiyanı açan Mehriban xanım Əliyeva qonaqları salamlayaraq Forumun əhəmiyyətindən danışıb. Azərbaycanın birinci xanımı vurğulayıb ki, son illər Bakı əsl mədəniyyətlərarası dialoq məkanına çevrilib. “Yaxın keçmişə nəzər salaraq biz bir sıra beynəlxalq tədbirləri sadalaya bilərik. Keçən il ölkəmizdə Dünya Dini Liderlərinin Bakı Sammiti keçirilmişdi. 2009-cu il Bakı İslam Mədəniyyətinin paytaxtı elan olunmuşdu. Həmin il İKT-yə üzv ölkələrin, eləcə də Avropa ölkələrinin mədəniyyət nazirlərinin toplantısı keçirildi. 2008-ci ildə Azərbaycan bütün qitələri əhatə edən beynəlxalq qadınlar konfransına ev sahibliyi edib. Bu konfransda mədəniyyətlərarası dialoqda qadınların roluna dair Bakı Bəyannaməsi qəbul edildi” - deyən M.Əliyeva bu cür tədbirlərin Azərbaycanda keçirilməsi üçün həm güclü zəminin, həm də əlverişli mühitin mövcud olduğunu qeyd edib. M.Əliyeva bildirib ki, qədim dövrdən bu günədək Azərbaycan bütün dünyaya açıq olan bir ölkə kimi tanınır. Azərbaycanın birinci xanımı Forumda səslənəcək müxtəlif fikir və təkliflərin, tədbirin nəticələrinin mədəniyyətlərarası dialoqun möhkəmlənməsinə layiqli töhfə verəcəyini ümidvar olduğunu deyib. YUNESKO-nun mədəniyyət və mədəniyyətlərarası dialoq şöbəsinin direktoru Katerina Stenou vurğulayıb ki, bu sessiya çox əhəmiyyətlidir. “Çünki bu sessiya qadınların mədəniyyətlərarası dialoqun əsas təmsilçiləri kimi oynadığı rolun təşviq edilməsi məqsədilə nəzəri və praktiki çərçivənin müəyyən edilməsinə yönəlib. Bu baxımdan, mədəniyyətlərarası dialoq müştərək universal dəyərlərdən ilhamlanan davamlı proses hesab edilir”-deyə o vurğulayıb. Tədbirdə, həmçinin Rusiya Federasiya Şurasının sədr müavini Svetlana Orlova, Paris şəhəri 7-ci rayonun meri, Avropa Parlamentinin üzvü Rəşidə Dati, ABŞ Mədəniyyətlərarası Dialoq Mərkəzinin direktoru Vendi Lids-Hurvits çıxış ediblər.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 454
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30