Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Əli Həsənov: “Azərbaycan hansısa mülki təyyarəni vurmağa hazırlaşmır”
06.04.11 02:02

Ermənistan prezidentinin Xankəndinə uçuşu barədə verdiyi söz onun daxili ictimai rəyə hesablanmış bəyanatdır. Bunu KƏLAMİNFO-ya açıqlamasında Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov Xankəndidə aeroportun açılması və Ermənistan prezidenti Serj Sarkisyanın da bu aeroporta ilk reysin sərnişini olacağı ilə bağlı söylədiyi fikrə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, bu cür bəyanatlar yersiz və boş söhbətlərdir. Ə.Həsənov bildirib ki, Azərbaycanın icazəsi olmadan ölkəmizin işğal olunan torpaqlarında heç bir uçuş baş tuta bilməz. “Heç bir ölkənin icazəsi olmadan və ən azı onun ərazisində olan radar sistemləri imkanlarından istifadə etmədən uçmaq mümkün deyil. Bu, tək ölkələrarası məsələ deyil, eyni zamanda beynəlxalq mülki aviasiya şirkəti ilə razılaşdırılan məsələlərdir. Bu cür bəyanatların da bu işdə rolu çox azdır”-deyə PA rəsmisi söyləyib. Ə.Həsənov vurğulayıb ki, məsələ ilə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti (“AZAL”) ciddi məşğuldur. Dünyada bir ölkənin ərazi, hava məkanına daxil olmanın və hava məkanında hərəkət etmənin qayda-qanunları var. “Bu məsələ də qaydalar çərçivəsində həll olunmalıdır. Əlbəttə, bu gün Azərbaycan hansısa mülki təyyarəni vurmağa hazırlaşmır. Bunlar müvafiq olaraq Ermənistan təbliğatının uydurmasıdır və bu, Azərbaycanın beynəlxalq aləmdə imicini korlamaq məqsədilə edilən bir təxribatdır. Amma eyni zamanda, Azərbaycan onun icazəsi olmadan heç kimə imkan verməyəcək ki, onun hava məkanında hər hansı bir ölkə istədiyi kimi öz sərnişin təyyarəsini və yaxud hərbi təyyarəsini, hansısa hava yük daşımalarını həyata keçirsin. Ona görə də məsələ ilə bağlı Azərbaycanın müvafiq dövlət qurumları Beynəlxalq Aviasiya Şirkəti ilə danışıqlar aparır. Məsələnin bütün tərəfləri beynəlxalq hüquq normalarına uyğun öyrənilir. Ümid edirəm ki, məsələ ilə bağlı müvafiq tədbirlər görüləcək”-deyə Ə.Həsənov bildirib.
URL / WWW
http://kelam.az/article/a-3271.html