Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Əli Həsənov: “Azərbaycan hansısa mülki təyyarəni vurmağa hazırlaşmır”
    Ermənistan prezidentinin Xankəndinə uçuşu barədə verdiyi söz onun daxili ictimai rəyə hesablanmış bəyanatdır. Bunu KƏLAMİNFO-ya açıqlamasında Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov Xankəndidə aeroportun açılması və Ermənistan prezidenti Serj Sarkisyanın da bu aeroporta ilk reysin sərnişini olacağı ilə bağlı söylədiyi fikrə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, bu cür bəyanatlar yersiz və boş söhbətlərdir. Ə.Həsənov bildirib ki, Azərbaycanın icazəsi olmadan ölkəmizin işğal olunan torpaqlarında heç bir uçuş baş tuta bilməz. “Heç bir ölkənin icazəsi olmadan və ən azı onun ərazisində olan radar sistemləri imkanlarından istifadə etmədən uçmaq mümkün deyil. Bu, tək ölkələrarası məsələ deyil, eyni zamanda beynəlxalq mülki aviasiya şirkəti ilə razılaşdırılan məsələlərdir. Bu cür bəyanatların da bu işdə rolu çox azdır”-deyə PA rəsmisi söyləyib.

    Ə.Həsənov vurğulayıb ki, məsələ ilə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti (“AZAL”) ciddi məşğuldur. Dünyada bir ölkənin ərazi, hava məkanına daxil olmanın və hava məkanında hərəkət etmənin qayda-qanunları var. “Bu məsələ də qaydalar çərçivəsində həll olunmalıdır. Əlbəttə, bu gün Azərbaycan hansısa mülki təyyarəni vurmağa hazırlaşmır. Bunlar müvafiq olaraq Ermənistan təbliğatının uydurmasıdır və bu, Azərbaycanın beynəlxalq aləmdə imicini korlamaq məqsədilə edilən bir təxribatdır. Amma eyni zamanda, Azərbaycan onun icazəsi olmadan heç kimə imkan verməyəcək ki, onun hava məkanında hər hansı bir ölkə istədiyi kimi öz sərnişin təyyarəsini və yaxud hərbi təyyarəsini, hansısa hava yük daşımalarını həyata keçirsin. Ona görə də məsələ ilə bağlı Azərbaycanın müvafiq dövlət qurumları Beynəlxalq Aviasiya Şirkəti ilə danışıqlar aparır. Məsələnin bütün tərəfləri beynəlxalq hüquq normalarına uyğun öyrənilir. Ümid edirəm ki, məsələ ilə bağlı müvafiq tədbirlər görüləcək”-deyə Ə.Həsənov bildirib.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 371
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30