Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » ETSN: “Yaponiyanın “Fukuşima-1” AES-dan sızma nəticəsində yaranan radioaktiv qazların Azərbaycana daxil olma ehtimalı yoxdur”
01.04.11 02:53

Yaponiyanın “Fukuşima-1” Atom Elektrik Stansiyasından sızma nəticəsində yaranan radioaktiv buludlar artıq Avropaya çatsa da bu insan sağlamlığına zərər verməyəcəkdir, çünki bu, ölkələrin üzərindəki atmosferə cüzi miqdarda təsir edir. Bu qazların Azərbaycan ərazisinə daxil olma ehtimalı yoxdur. Bu barədə məlumatı KƏLAMİNFO-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən veriblər. Ümumiyyətlə, Azərbaycanda radiasiya təsiri və təhlükəsi gözlənilmir. Buna səbəb küləyin əks, yəni Amerika qitəsi istiqamətinə əsməsidir. Fərqli vəziyyətin yaranacağı təqdirdə belə, buludlar Tayqa meşələri və okeanın üzərindən keçərkən öz radioaktivlik təhlükəsini itirir. Belə ki, atmosfer havasında olan ağır izotoplar okean və torpaq üzərinə çökür və onların ətraf mühitdə parçalanma müddəti radionuklidlərdən fərqli olaraq qısa müddətlidir. Respublika ərazisində ölkənin radioaktivlik təhlükəsizliyini təmin etmək məqsədilə ETSN tərəfindən müntəzəm olaraq monitorinqlər aparılır və məlumatlar təhlil olunaraq alınmış nəticələr əsasında hazırlanmış bülletenlər aidiyyəti dövlət icra orqanlarına göndərilir və Nazirliyin internet səhifəsində yerləşdirilir. Martın 25-30-da Respublika ərazisində nazirliyin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən aparılmış növbəti monitorinqlərin nəticələrinə görə günəş şüalarının fəallığından və dağ süxurlarının fiziki-kimyəvi xüsusiyyətlərindən asılı olaraq gündəlik təbii radiasiya fonu mövsümə uyğun olmuş, atmosfer aerozollarının ümumi β-radioaktivliyi üzrə aparılan analizlərin təhlili isə sutkalıq normanı keçməyib. Gün ərzində 3 dəfə aparılmış ölçmə məlumatlarının təhlili göstərir ki, Bakı-Abşeron zonasında gündəlik radiasiya fonu yaz mövsümünə xarakterik olaraq 7-12 mkR/saat (təbii fon 7-14 mkR/saat) arasında dəyişib. Naxçıvan MR-ın ərazisində gündəlik radiasiya fonunun göstəriciləri 11-15 mkR/saat (təbii fon 12-15 mkR/saat), Daşkəsən-Gədəbəy zonasında 6-12 mkR/saat (təbii fon 7-12 mkR/ saat), Gəncə-Qazax zonasında 8-13 mkR/saat arasında (təbii fon 7-13 mkR/saat), Zaqatala-Şəki, Şamaxı-Quba zonalarında 8-17 mkR/saat (təbii fon 15-26 mkR/saat), Mərkəzi Aran rayonlarında 6-17 mkR/saat (təbii fon 6-13 mkR/saat), Lənkəran–Astara zonasında 6-15 mkR/saat (təbii fon 9-16 mkR/saat) təşkil edib. Azərbaycanda atmosfer havasının radiasiya fonunun norma daxilində olması onu göstərir ki, Yaponiyada baş vermiş qəza nəticəsində radiasiya fonunun yüksəlməsi Azərbaycana təsir etməyib.
URL / WWW
http://kelam.az/article/a-3248.html