Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    ETSN: “Yaponiyanın “Fukuşima-1” AES-dan sızma nəticəsində yaranan radioaktiv qazların Azərbaycana daxil olma ehtimalı yoxdur”
    Yaponiyanın “Fukuşima-1” Atom Elektrik Stansiyasından sızma nəticəsində yaranan radioaktiv buludlar artıq Avropaya çatsa da bu insan sağlamlığına zərər verməyəcəkdir, çünki bu, ölkələrin üzərindəki atmosferə cüzi miqdarda təsir edir. Bu qazların Azərbaycan ərazisinə daxil olma ehtimalı yoxdur. Bu barədə məlumatı KƏLAMİNFO-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən veriblər. Ümumiyyətlə, Azərbaycanda radiasiya təsiri və təhlükəsi gözlənilmir. Buna səbəb küləyin əks, yəni Amerika qitəsi istiqamətinə əsməsidir. Fərqli vəziyyətin yaranacağı təqdirdə belə, buludlar Tayqa meşələri və okeanın üzərindən keçərkən öz radioaktivlik təhlükəsini itirir. Belə ki, atmosfer havasında olan ağır izotoplar okean və torpaq üzərinə çökür və onların ətraf mühitdə parçalanma müddəti radionuklidlərdən fərqli olaraq qısa müddətlidir.

    Respublika ərazisində ölkənin radioaktivlik təhlükəsizliyini təmin etmək məqsədilə ETSN tərəfindən müntəzəm olaraq monitorinqlər aparılır və məlumatlar təhlil olunaraq alınmış nəticələr əsasında hazırlanmış bülletenlər aidiyyəti dövlət icra orqanlarına göndərilir və Nazirliyin internet səhifəsində yerləşdirilir. Martın 25-30-da Respublika ərazisində nazirliyin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən aparılmış növbəti monitorinqlərin nəticələrinə görə günəş şüalarının fəallığından və dağ süxurlarının fiziki-kimyəvi xüsusiyyətlərindən asılı olaraq gündəlik təbii radiasiya fonu mövsümə uyğun olmuş, atmosfer aerozollarının ümumi β-radioaktivliyi üzrə aparılan analizlərin təhlili isə sutkalıq normanı keçməyib. Gün ərzində 3 dəfə aparılmış ölçmə məlumatlarının təhlili göstərir ki, Bakı-Abşeron zonasında gündəlik radiasiya fonu yaz mövsümünə xarakterik olaraq 7-12 mkR/saat (təbii fon 7-14 mkR/saat) arasında dəyişib. Naxçıvan MR-ın ərazisində gündəlik radiasiya fonunun göstəriciləri 11-15 mkR/saat (təbii fon 12-15 mkR/saat), Daşkəsən-Gədəbəy zonasında 6-12 mkR/saat (təbii fon 7-12 mkR/ saat), Gəncə-Qazax zonasında 8-13 mkR/saat arasında (təbii fon 7-13 mkR/saat), Zaqatala-Şəki, Şamaxı-Quba zonalarında 8-17 mkR/saat (təbii fon 15-26 mkR/saat), Mərkəzi Aran rayonlarında 6-17 mkR/saat (təbii fon 6-13 mkR/saat), Lənkəran–Astara zonasında 6-15 mkR/saat (təbii fon 9-16 mkR/saat) təşkil edib. Azərbaycanda atmosfer havasının radiasiya fonunun norma daxilində olması onu göstərir ki, Yaponiyada baş vermiş qəza nəticəsində radiasiya fonunun yüksəlməsi Azərbaycana təsir etməyib.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 268
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30