Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » YAP Gənclər Birliyi Quba məzarlığını ziyarət edib
29.03.11 20:16

31 Mart - Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar olaraq Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi Quba məzarlığını ziyarət edib. KƏLAMİNFO xəbər verir ki, məzarlıqla ümumi tanışlıq zamanı AMEA-nın Arxeologiya və Etnoqrafiya institutunun əməkdaşı Qəhrəman Ağayev məlumat verib ki, 2007-ci ilin aprel ayının 1-də Quba şəhərində, Qudyalçayın ətrafında torpaq işləri görülərkən, ermənilərin azərbaycanlılara qarşı qanlı cinayətlərindən xəbər verən kütləvi məzarlıq aşkarlanıb. Ümumi sahəsi 514 kv.m olan məzarlığın 494 kv.m. sahəsində arxeoloji tədqiqat işləri aparılıb, qalan 20 kv.m sahə isə beynəlxalq tədqiqat işləri üçün saxlanılıb. Tədqiqat işlərinin aparıldığı sahədə insan cəsədlərilə doldurulmuş 2 quyu tapılıb.Məlumat verilib ki, məzarlıqda təxminən, 400-dən artıq insan cəsədi aşkar edilib. Hesablamalara görə, onlardan 50-dən çoxu uşaqlar, 100-dən çoxu qadınlar, qalanları isə əsasən, yaşlı kişilərdir. Burada aşkar edilmiş insanların hamısının soyuq silah və küt alətlərlə insanlığa xas olmayan, xüsusi qəddarlıq üsulları ilə öldürüldüyü müəyyənləşib. Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri Seymur Orucov bildirib ki, Ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi soyqırımlar nəticəsində onminlərlə insan qətlə yetirilib. “Təkcə 1918-ci ildə deyil, 1905-1907-ci illərdə, 1992-ci ildə də ermənilər xalqımıza qarşı misli görünməmiş vəhşiliklə qətliamlar törədiblər. Yəni, ermənilər Azərbaycan xalqına qarşı, dinc insanlara qarşı çox qəddarlıqla, vəhşicəsinə soyqırım həyata keçiriblər”,-deyə S. Orucov qeyd edib. Qubada aşkar olunan toplu məzarlıqların ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımını faktlarla göstərən nümunə olduğunu bildirən S.Orucov deyib ki, Quba məzarlığı ilə bağlı soyqırım muzeyi yaradılması haqqında qərar var: “Çox önəmli bir iş olardı ki, biz xaricdən olan qonaqlarımıza faktları göstərə bilək. Quba məzarlığını görmək kifayət edər ki, ermənilərin necə vəhşiliklə soyqırım torətdiklərini anlayasan. 31 Mart hadisələrinin dünyaya çatdırılması, yayılması vacibdir. Bumənada soyqırımla bağlı dünyanın müxtəlif ölkələrində aksiyaların keçirilməsi, tanıdılma istiqamətində gənclərimiz işlərini daha da sürətləndirir”,-deyə o vurğulayıb. Qeyd edək ki, YAP Gənclər Birliyi 31 Mart – Azərbaycanlıların soyqırımı günü ilə bağlı konfrans keçirəcək.
URL / WWW
http://kelam.az/article/a-3234.html