Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    YAP Gənclər Birliyi Quba məzarlığını ziyarət edib
    31 Mart - Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar olaraq Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi Quba məzarlığını ziyarət edib. KƏLAMİNFO xəbər verir ki, məzarlıqla ümumi tanışlıq zamanı AMEA-nın Arxeologiya və Etnoqrafiya institutunun əməkdaşı Qəhrəman Ağayev məlumat verib ki, 2007-ci ilin aprel ayının 1-də Quba şəhərində, Qudyalçayın ətrafında torpaq işləri görülərkən, ermənilərin azərbaycanlılara qarşı qanlı cinayətlərindən xəbər verən kütləvi məzarlıq aşkarlanıb. Ümumi sahəsi 514 kv.m olan məzarlığın 494 kv.m. sahəsində arxeoloji tədqiqat işləri aparılıb, qalan 20 kv.m sahə isə beynəlxalq tədqiqat işləri üçün saxlanılıb. Tədqiqat işlərinin aparıldığı sahədə insan cəsədlərilə doldurulmuş 2 quyu tapılıb.

    Məlumat verilib ki, məzarlıqda təxminən, 400-dən artıq insan cəsədi aşkar edilib. Hesablamalara görə, onlardan 50-dən çoxu uşaqlar, 100-dən çoxu qadınlar, qalanları isə əsasən, yaşlı kişilərdir. Burada aşkar edilmiş insanların hamısının soyuq silah və küt alətlərlə insanlığa xas olmayan, xüsusi qəddarlıq üsulları ilə öldürüldüyü müəyyənləşib. Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri Seymur Orucov bildirib ki, Ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi soyqırımlar nəticəsində onminlərlə insan qətlə yetirilib. “Təkcə 1918-ci ildə deyil, 1905-1907-ci illərdə, 1992-ci ildə də ermənilər xalqımıza qarşı misli görünməmiş vəhşiliklə qətliamlar törədiblər. Yəni, ermənilər Azərbaycan xalqına qarşı, dinc insanlara qarşı çox qəddarlıqla, vəhşicəsinə soyqırım həyata keçiriblər”,-deyə S. Orucov qeyd edib. Qubada aşkar olunan toplu məzarlıqların ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımını faktlarla göstərən nümunə olduğunu bildirən S.Orucov deyib ki, Quba məzarlığı ilə bağlı soyqırım muzeyi yaradılması haqqında qərar var: “Çox önəmli bir iş olardı ki, biz xaricdən olan qonaqlarımıza faktları göstərə bilək. Quba məzarlığını görmək kifayət edər ki, ermənilərin necə vəhşiliklə soyqırım torətdiklərini anlayasan. 31 Mart hadisələrinin dünyaya çatdırılması, yayılması vacibdir. Bumənada soyqırımla bağlı dünyanın müxtəlif ölkələrində aksiyaların keçirilməsi, tanıdılma istiqamətində gənclərimiz işlərini daha da sürətləndirir”,-deyə o vurğulayıb. Qeyd edək ki, YAP Gənclər Birliyi 31 Mart – Azərbaycanlıların soyqırımı günü ilə bağlı konfrans keçirəcək.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 548
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30