Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Prezident İlham Əliyev: “Bakıda evlərin qeydiyyata alınması problemi var”
11.03.11 02:50

“Bakıda evlərin qeydiyyata alınmasında problemi var. Biz bu problemi bilirik”. KƏLAMİNFO xəbər verir ki, bunu prezident İlham Əliyev Bakı şəhər İcra Hakimiyyətində Bakı və şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair müşavirədə yekun nitqində deyib. Dövlət başçısının sözlərinə görə, bu problemi həll edilməlidir: “Ancaq biz elə etməliyik ki, bu problem həll olunarkən xoşagəlməz halların qarşısını tam şəkildə ala bilək. Şəxsən məni bu məsələnin həlli ilə bağlı ən çox narahat edən məsələlər məhz bu mənfi hallar və onların mümkünlüyüdür. Çünki, o evlər qeydiyyata alınmalıdır. Amma sirr deyil ki, qeydiyyataalma zamanı əsassız tələblər də irəli sürülə bilər, rüşvət, əsassız maraqlar da ola bilər. Bu da reallıqdır. Ona görə də Hacıbala Abutalıbova göstəriş vermişəm, bu məsələnin həlli üçün şəffaf mexanizm işlənilməlidir ki, biz burada korrupsiyanı, rüşvətxorluğu tamamilə aradan götürək. Yoxsa, xoşniyyətli bir təşəbbüs yenə də bəzi adamların tamahkarlığı ucbatından bizə ancaq problemlər gətirə bilər. Ona görə bu mexanizm işlənilməlidir, çox ciddi təftiş aparılmalıdır ki, hansı evlər qeydiyyata alınmalıdır, o evlər necə tikilib. Gələcəkdə bu qanunsuz evlərin tikintisinə yol verilməməlidir. Yoxsa indi sənədsiz, qanunsuz tikilmiş bu evləri qeydiyyata alacağıq, sonra yenə qanunsuz yollarla torpaq sahələri veriləcək və evlər tikiləcək. Bizdə əfsuslar olsun ki, keçmişdə də bu praktika olub. Bir neçə gün ərzində daşları tökürlər, binanı qaldırırlar, sonra da deyirlər ki, mən burada yaşayıram, sənəd verin. Belə olmaz. Biz axı indi müasir şəhərdə, müasir dövlətdə yaşayırıq. Burada qanunun aliliyi hər yerdə bərqərar olunmalıdır. Bütün bu məsələlər qanun çərçivəsində tənzimlənməlidir. Ona görə çox səmərəli mexanizm hazırlanmalı, işlənilməli və mənə təqdim edilməlidir. O təqdirdə bu məsələ öz həllini tezliklə tapa bilər”. Dövlət başçısı onu da bildirib ki, qəsəbədaxili yolların tikintisi məsələləri tezliklə öz həllini tapmalıdır. Prezident bu sahədə vəziyyətin onu qane etmədiyini vurğulayıb: “Qəsəbədaxili yollar bərbad vəziyyətdədir, bir çox hallarda torpaq yollarıdır, heç asfalt da yoxdur. Yağış, qar yağanda oradan keçmək mümkün deyildir. Dözülməz bir haldır. Bu, Bakı şəhərinin içidir, niyə elə olmalıdır?! Biz bütün yolları, görün, hansı yüksək keyfiyyətlə tikirik. Yol qovşaqları, tunellər tikilir. Bir də demək istəyirəm ki, əgər biz bir neçə il bundan əvvəl bu layihələrə başlamasaydıq, bu gün şəhərdə nəqliyyat dayanardı və iflic vəziyyətinə düşərdi. Amma bu, ola bilməz. Mən görürəm bəzi hallarda magistrala çıxan yollar palçıq, torpaq yollarıdır. Mən Nəqliyyat Nazirliyinə bu barədə dəfələrlə göstəriş vermişəm. Hələ ki, bu məsələ məni qane etmir. Ona görə də burada məsuliyyət bölgüsü aparılmalıdır ki, hansı yolları kim tikməlidir. Onsuz da bu pulların böyük hissəsi dövlət büdcəsindən verilir. İndi bələdiyyənin yığdığı pulla müəyyən işləri görmək olar, amma burada dövlət dəstəyi də olmalıdır”,-deyə prezident vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-3150.html