Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Prezident İlham Əliyev: “Bakıda evlərin qeydiyyata alınması problemi var”
    “Bakıda evlərin qeydiyyata alınmasında problemi var. Biz bu problemi bilirik”. KƏLAMİNFO xəbər verir ki, bunu prezident İlham Əliyev Bakı şəhər İcra Hakimiyyətində Bakı və şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair müşavirədə yekun nitqində deyib. Dövlət başçısının sözlərinə görə, bu problemi həll edilməlidir: “Ancaq biz elə etməliyik ki, bu problem həll olunarkən xoşagəlməz halların qarşısını tam şəkildə ala bilək. Şəxsən məni bu məsələnin həlli ilə bağlı ən çox narahat edən məsələlər məhz bu mənfi hallar və onların mümkünlüyüdür. Çünki, o evlər qeydiyyata alınmalıdır. Amma sirr deyil ki, qeydiyyataalma zamanı əsassız tələblər də irəli sürülə bilər, rüşvət, əsassız maraqlar da ola bilər. Bu da reallıqdır.

    Ona görə də Hacıbala Abutalıbova göstəriş vermişəm, bu məsələnin həlli üçün şəffaf mexanizm işlənilməlidir ki, biz burada korrupsiyanı, rüşvətxorluğu tamamilə aradan götürək. Yoxsa, xoşniyyətli bir təşəbbüs yenə də bəzi adamların tamahkarlığı ucbatından bizə ancaq problemlər gətirə bilər. Ona görə bu mexanizm işlənilməlidir, çox ciddi təftiş aparılmalıdır ki, hansı evlər qeydiyyata alınmalıdır, o evlər necə tikilib. Gələcəkdə bu qanunsuz evlərin tikintisinə yol verilməməlidir. Yoxsa indi sənədsiz, qanunsuz tikilmiş bu evləri qeydiyyata alacağıq, sonra yenə qanunsuz yollarla torpaq sahələri veriləcək və evlər tikiləcək. Bizdə əfsuslar olsun ki, keçmişdə də bu praktika olub. Bir neçə gün ərzində daşları tökürlər, binanı qaldırırlar, sonra da deyirlər ki, mən burada yaşayıram, sənəd verin. Belə olmaz. Biz axı indi müasir şəhərdə, müasir dövlətdə yaşayırıq. Burada qanunun aliliyi hər yerdə bərqərar olunmalıdır. Bütün bu məsələlər qanun çərçivəsində tənzimlənməlidir. Ona görə çox səmərəli mexanizm hazırlanmalı, işlənilməli və mənə təqdim edilməlidir. O təqdirdə bu məsələ öz həllini tezliklə tapa bilər”. Dövlət başçısı onu da bildirib ki, qəsəbədaxili yolların tikintisi məsələləri tezliklə öz həllini tapmalıdır. Prezident bu sahədə vəziyyətin onu qane etmədiyini vurğulayıb: “Qəsəbədaxili yollar bərbad vəziyyətdədir, bir çox hallarda torpaq yollarıdır, heç asfalt da yoxdur. Yağış, qar yağanda oradan keçmək mümkün deyildir. Dözülməz bir haldır. Bu, Bakı şəhərinin içidir, niyə elə olmalıdır?! Biz bütün yolları, görün, hansı yüksək keyfiyyətlə tikirik. Yol qovşaqları, tunellər tikilir. Bir də demək istəyirəm ki, əgər biz bir neçə il bundan əvvəl bu layihələrə başlamasaydıq, bu gün şəhərdə nəqliyyat dayanardı və iflic vəziyyətinə düşərdi. Amma bu, ola bilməz. Mən görürəm bəzi hallarda magistrala çıxan yollar palçıq, torpaq yollarıdır. Mən Nəqliyyat Nazirliyinə bu barədə dəfələrlə göstəriş vermişəm. Hələ ki, bu məsələ məni qane etmir. Ona görə də burada məsuliyyət bölgüsü aparılmalıdır ki, hansı yolları kim tikməlidir. Onsuz da bu pulların böyük hissəsi dövlət büdcəsindən verilir. İndi bələdiyyənin yığdığı pulla müəyyən işləri görmək olar, amma burada dövlət dəstəyi də olmalıdır”,-deyə prezident vurğulayıb.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 532
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30