Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » “Xocalıya ədalət” beynəlxalq məlumat kompaniyası çərçivəsində mətbuat konfransı keçirilib
22.02.11 02:55

Bu gün Bakıda, Trend Xəbərlər Mərkəzində Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏ İKGF) Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru Leylə Əliyevanın təşəbbüsü ilə irəli sürülən “Xocalıya ədalət” beynəlxalq məlumat kampaniyası çərçivəsində mətbuat konfransı keçirilib. KƏLAMİNFO xəbər verir ki, konfransda DƏ İKGF baş katibi, Azərbaycanın İslam Konfransı Təşkilatındakı səfiri Elşad İsgəndərov kompaniyanın hazırkı durumu barədə məlumat verib. O, qeyd edib ki, artıq ikinci ildir ki, Xocalı soyqırımı ərəfəsində belə bir kampaniya beynəlxalq səviyyədə start götürür. “Bu ilin 24 fevral- 1 mart tarixlərində dünyanın 40-a yaxın ölkəsində “Xocalıya ədalət” kampaniyası çərçivəsində bir sıra tədbirlər həyata keçiriləcək. Bu tədbirlərin əsas məqsədi dünya ictimaiyətinin diqqətini 1992-ci il 26 fevral tarixində Xocalıda Azərbaycanlılara qarşı törədilmiş qətliama cəlb etməkdir. Kompanıyanın daha da təkmilləşdirilmiş saytda- www.justiceforkhojaly.org da həyata keçirilən beynəlxaq petisiyaya imzatoplama aksıyası ABŞ Prezidenti və Konqresi, Avropa Birliyi və Avropa Parlamentinə, Avropa Şurası Baş katibi və Parlament Assambleyasına yönəlib. İmzatoplama kampaniyasına beynəlxalq səviyyədə geniş ictimai marağın yaradılması üçün və imza atanların dairələrinin genişləndirilməsi məqsədilə müxtəlif təbliğat tədbirlərinin həyata keçirilməsi və əyani vəsaitlərdən istifadə etmək nəzərdə tutulur. Bu aksiyaların gələn həftə Xocalı soyqirimının 19-ci ildönümü münasibətilə keçiriləcək anım tədbirlərindən başlanması planlaşdırılır. Bu həftə ən azı 40-a yaxın dünya paytaxtında və digər şəhərlərində kampaniyanın təşəbbüsü ilə tədbirlərin keçirilməsi nəzərdə tutulub”,-deyə E.İsgəndərov vurğulayıb. Tədbirdə soyqırımla bağlı xarici jurnalistlərdən əldə olunan yeni şəkillər də nümayiş olunub. E.İsgəndərov bildirib ki, hələlik bu şəkillərin yayımlanması üçün müəlliflərdən icazə alınmayıb.
URL / WWW
http://kelam.az/article/a-3037.html