Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    “Xocalıya ədalət” beynəlxalq məlumat kompaniyası çərçivəsində mətbuat konfransı keçirilib
    Bu gün Bakıda, Trend Xəbərlər Mərkəzində Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏ İKGF) Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru Leylə Əliyevanın təşəbbüsü ilə irəli sürülən “Xocalıya ədalət” beynəlxalq məlumat kampaniyası çərçivəsində mətbuat konfransı keçirilib. KƏLAMİNFO xəbər verir ki, konfransda DƏ İKGF baş katibi, Azərbaycanın İslam Konfransı Təşkilatındakı səfiri Elşad İsgəndərov kompaniyanın hazırkı durumu barədə məlumat verib.

    O, qeyd edib ki, artıq ikinci ildir ki, Xocalı soyqırımı ərəfəsində belə bir kampaniya beynəlxalq səviyyədə start götürür. “Bu ilin 24 fevral- 1 mart tarixlərində dünyanın 40-a yaxın ölkəsində “Xocalıya ədalət” kampaniyası çərçivəsində bir sıra tədbirlər həyata keçiriləcək. Bu tədbirlərin əsas məqsədi dünya ictimaiyətinin diqqətini 1992-ci il 26 fevral tarixində Xocalıda Azərbaycanlılara qarşı törədilmiş qətliama cəlb etməkdir. Kompanıyanın daha da təkmilləşdirilmiş saytda- www.justiceforkhojaly.org da həyata keçirilən beynəlxaq petisiyaya imzatoplama aksıyası ABŞ Prezidenti və Konqresi, Avropa Birliyi və Avropa Parlamentinə, Avropa Şurası Baş katibi və Parlament Assambleyasına yönəlib. İmzatoplama kampaniyasına beynəlxalq səviyyədə geniş ictimai marağın yaradılması üçün və imza atanların dairələrinin genişləndirilməsi məqsədilə müxtəlif təbliğat tədbirlərinin həyata keçirilməsi və əyani vəsaitlərdən istifadə etmək nəzərdə tutulur. Bu aksiyaların gələn həftə Xocalı soyqirimının 19-ci ildönümü münasibətilə keçiriləcək anım tədbirlərindən başlanması planlaşdırılır. Bu həftə ən azı 40-a yaxın dünya paytaxtında və digər şəhərlərində kampaniyanın təşəbbüsü ilə tədbirlərin keçirilməsi nəzərdə tutulub”,-deyə E.İsgəndərov vurğulayıb. Tədbirdə soyqırımla bağlı xarici jurnalistlərdən əldə olunan yeni şəkillər də nümayiş olunub. E.İsgəndərov bildirib ki, hələlik bu şəkillərin yayımlanması üçün müəlliflərdən icazə alınmayıb.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 542
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30