Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Xocalı faciəsinin növbəti ildönümü ilə əlaqədar Meksika Konqresində tədbir keçirilib
19.02.11 02:57

Xocalı faciəsinin növbəti ildönümü ilə əlaqədar Azərbaycanın Meksikadakı səfirliyi və Meksika–Azərbaycan Parlamentlərarası Dostluq Qrupu ilə birgə Meksika Konqresində tədbir keçirib. Bu barədə məlumatı KƏLAMİNFO-ya səfirlikdən veriblər. Tədbir zamanı, səfir İlqar Muxtarov, Ermənistanın Azərbaycana qarşı təcavüzü, Xocalı faciəsinin nəticələrindən bəhs edən məlumat xarakterli prezentasiya ilə çıxış edib. Qeyd edilib ki, Xocalıda baş vermiş soyqırım nə qədər dəhşətli olsa da, bu Ermənistan tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş qeyri-insani və qəddar cinayətlər sırasında yalnız biridir. Bu xüsusda, Azərbaycan torpaqlarının, o cümlədən Zəngəzur ərazilərinin işğalı tarixindən bəhs edilib. Həmçinin, Azərbaycanda mövcud olan dini və milli mənsubiyyət baxımından tolerantlıqla müqayisədə, ölkəmizin işğal edilmiş ərazilərində xalqımızın mədəniyyət irsinə qarşı Ermənistan tərəfindən həyata keçirilməkdə davam edən cinayətlər, məscidlərin və digər dini və tarixi abidələrin məhv edilməsi faktları dinləyicilərin diqqətinə çatdırılıb. Tədbirdə həmçinin Azərbaycanın Meksikadakı səfirliyi tərəfindən 2010-cu ilin fevral ayında Xocalı faciəsi haqda ilk dəfə olaraq ispan dilində hazırlanıb istifadəyə verilmiş www.justiciaparajodyali.org internet səhifəsi barədə görüş iştirakçılarına məlumat verilib. Nümayiş etdirilmiş prezentasiyada, həmçinin Azərbaycanın tarixi, iqtisadiyyatı, ümumi inkişaf istiqamətlərindən də bəhs edilib. Tədbirdə iştirak edən Meksika parlamentinin deputatı, Meksika–Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Markos Peres Azərbaycan haqda, habelə Ermənistanın Azərbaycana qarşı təcavüzü və Xocalıda baş vermiş faciəvi hadisələr barədə Konqres üzvlərinə geniş məlumat verdiyi üçün səfir İ.Muxtarova təşəkkürünü bildirib. O, Xocalıda baş vermiş hadisələrin Meksika ictiamiyyətinin diqqətinə çatdırılması istiqamətində öz tərəfindən gələckdə də mümkün olan dəstəyin veriləcəyini vurğulayıb. Tədbir zamanı, həmçinin Meksika–Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun digər üzvləri də çıxış edib, nümayiş etdirilmiş dəhşətli görüntülərin insan hüquqlarının ən kobud şəkildə pozulmasının bariz nümunəsi olduğunu vurğulayıblar. Bildirilib ki, təcavüzün sərhədi və milliyyəti yoxdur və işğalçılıq siyasəti, insan hüquqlarının pozulması və digər qeyri-insani cinayətlərin dayandırılması üçün Meksika Konqresi də daxil olmaqla beynəlxalq ictimaiyyət öz səylərini birləşdirməlid. Tədbirdə Meksikada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, Meksika Konqresinin üzvləri və kütləvi informasiya vasitələri nümayəndələri iştirak ediblər.
URL / WWW
http://kelam.az/article/a-3023.html