Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Xocalı faciəsinin növbəti ildönümü ilə əlaqədar Meksika Konqresində tədbir keçirilib
    Xocalı faciəsinin növbəti ildönümü ilə əlaqədar Azərbaycanın Meksikadakı səfirliyi və Meksika–Azərbaycan Parlamentlərarası Dostluq Qrupu ilə birgə Meksika Konqresində tədbir keçirib. Bu barədə məlumatı KƏLAMİNFO-ya səfirlikdən veriblər. Tədbir zamanı, səfir İlqar Muxtarov, Ermənistanın Azərbaycana qarşı təcavüzü, Xocalı faciəsinin nəticələrindən bəhs edən məlumat xarakterli prezentasiya ilə çıxış edib. Qeyd edilib ki, Xocalıda baş vermiş soyqırım nə qədər dəhşətli olsa da, bu Ermənistan tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş qeyri-insani və qəddar cinayətlər sırasında yalnız biridir. Bu xüsusda, Azərbaycan torpaqlarının, o cümlədən Zəngəzur ərazilərinin işğalı tarixindən bəhs edilib. Həmçinin, Azərbaycanda mövcud olan dini və milli mənsubiyyət baxımından tolerantlıqla müqayisədə, ölkəmizin işğal edilmiş ərazilərində xalqımızın mədəniyyət irsinə qarşı Ermənistan tərəfindən həyata keçirilməkdə davam edən cinayətlər, məscidlərin və digər dini və tarixi abidələrin məhv edilməsi faktları dinləyicilərin diqqətinə çatdırılıb.

    Tədbirdə həmçinin Azərbaycanın Meksikadakı səfirliyi tərəfindən 2010-cu ilin fevral ayında Xocalı faciəsi haqda ilk dəfə olaraq ispan dilində hazırlanıb istifadəyə verilmiş www.justiciaparajodyali.org internet səhifəsi barədə görüş iştirakçılarına məlumat verilib. Nümayiş etdirilmiş prezentasiyada, həmçinin Azərbaycanın tarixi, iqtisadiyyatı, ümumi inkişaf istiqamətlərindən də bəhs edilib. Tədbirdə iştirak edən Meksika parlamentinin deputatı, Meksika–Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Markos Peres Azərbaycan haqda, habelə Ermənistanın Azərbaycana qarşı təcavüzü və Xocalıda baş vermiş faciəvi hadisələr barədə Konqres üzvlərinə geniş məlumat verdiyi üçün səfir İ.Muxtarova təşəkkürünü bildirib. O, Xocalıda baş vermiş hadisələrin Meksika ictiamiyyətinin diqqətinə çatdırılması istiqamətində öz tərəfindən gələckdə də mümkün olan dəstəyin veriləcəyini vurğulayıb. Tədbir zamanı, həmçinin Meksika–Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun digər üzvləri də çıxış edib, nümayiş etdirilmiş dəhşətli görüntülərin insan hüquqlarının ən kobud şəkildə pozulmasının bariz nümunəsi olduğunu vurğulayıblar. Bildirilib ki, təcavüzün sərhədi və milliyyəti yoxdur və işğalçılıq siyasəti, insan hüquqlarının pozulması və digər qeyri-insani cinayətlərin dayandırılması üçün Meksika Konqresi də daxil olmaqla beynəlxalq ictimaiyyət öz səylərini birləşdirməlid. Tədbirdə Meksikada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, Meksika Konqresinin üzvləri və kütləvi informasiya vasitələri nümayəndələri iştirak ediblər.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 497
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30