Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » DSX tərəfindən yanvar ayı ərzində 44 halda dövlət sərhədinin pozulmasının qarşısı alınıb
02.02.11 19:11

Azərbaycan Dövlət Sərhəd Xidməti tərəfindən yanvar ayı ərzində 44 halda dövlət sərhədinin pozulmasının qarşısı alınıb, nəticədə 85 nəfər saxlanılıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya DSX-dən veriblər. Sərhəd rejimi qaydalarını pozduqlarına görə, 43 halda 87 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb. Azərbaycan sərhədçiləri ötən ay ərzində axtarışda olan 79 nəfəri də saxlayıblar. Ötən ayın 18-də Heydər Əliyev adına Beynəlxalq hava limanında "Tehran-Bakı" aviareysində 9 nəfər Əfqanıstan vətəndaşı saxta Böyük Britaniya pasportu ilə saxlanılıblar.Yanvarın 22-də Yardımlı rayonunun Ostair kəndi yaxınlığındakı sərhəd zastavası ərazisində dövlət sərhədini pozmağa cəhd göstərərkən 5 nəfər Banqladeş vətəndaşı saxlanılıb. Yanvarda sərhədçilər qanunsuz dövriyyədən 10 halda 62 kiloqram 423 qram narkotik maddə çıxarıblar. Həmçinin 64 halda ümumi dəyəri 486 min 885 manat olan qaçaqmal saxlanılıb.
URL / WWW
http://kelam.az/article/a-2863.html