Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Siyasi ekspert: “Avropa Birliyi “dondurulmuş münaqişələr”in həllində öz prinsiplərinə uyğun hərəkət edir”
01.02.11 19:25

Avropa Birliyi “sözükeçən” ölkələrin daxil olduğu bir qurumdur. Təhlükəsizlik Şurasının iki daimi üzvü varsa, bu da Avropa Birliyinə daxil olan ölkələrdir. Təbiidir ki, Təhlükəsizlik Şurasında qəbul edilən qərarlarda, işğalçı ölkələrə təzyiq mexanizminin həyata keçirilməsində, “dondurulmuş münaqişələr”in həllində məhz Avropa Birliyinin rolu böyükdür. Bu barədə KƏLAMİNFO-ya müsahibəsində politoloq Elçin Mirzəbəyli bildirib. Politoloqun fikrincə, Avropa Birliyi təsiredici imkanlara malikdir. Bu imkanlara təkcə siyasi deyil, həm də iqtisadi mexanizmlər daxildir. Siyasi ekspert bildirib ki, təsir gücü baxımından Avropa Birliyi Cənubi Qafqazdakı münaqişələrin həllində böyük rol oynamağa qadirdir, ancaq imkanlarından istifadə etmir. Onun söylədiklərinə əsasən, Avropa Birliyi Azərbaycanın ərazi bütövlüyü ilə və Gürcüstan problemi ilə bağlı qəbul etdiyi qətnamələr istisna olmaq şərti ilə, Qafqazdakı münaqişələrin həlli prosesində prinsipial addım atmayıb. E.Mirzəbəyli qeyd edib ki, Ermənistan işğalçı dövlətdir, lakin o, Avropa Birliyinin “Yaxın Qonşuluq” siyasətində, “Şərq Tərəfdaşlığı” proqramları çərçivəsində iştirak edir. “Əgər Avropa Birliyi dondurulmuş münaqişələrin həllində obyektivlik göstərsəydi, Ermənistanı sadaladığım iki proqram çərçivəsindən uzaqda tutması gərəkərdi. Bundan da aydın olardı ki, Avropa Birliyi BMT qətnamələrinə uyğun addım atır. Lakin, Avropa Birliyinin proritetlərinin böyük əksəriyyəti Cənubi Qafqaz maraqları ilə üst-üstə gəlmir”,-deyə siyasi ekspert qeyd edib. Politoloqun sözlərinə görə, Avropa siyasətçilərinin fikrincə, Azərbaycan və Ermənistan arasında xalq diplomatiyası qurulsa, kommunikasiyalar açılarsa, əməkdaşlıq bərpa edilərsə, Qarabağ probleminin həlli üçün imkanlar yaranar. E.Mirzəbəyli bildirib ki, Azərbaycanla Ermənistan münasibətlərinə belə fərqli yanaşma münaqişənin həllinə yol açmır. Çünki ortada hər hansı fikir ayrılığı yaxud narazılıq yox, işğal faktı var. “Absurd fikirdir ki, işğalçı ölkə ilə ərazisi zəbt olunmuş dövlət eyni qurum çərçivəsində əməkdaşlıq etsin. Avropa Birliyi belə etməklə heç bir münaqişənin həllinə nail ola bilməz”,-deyə politoloq bəyan edib.
URL / WWW
http://kelam.az/article/a-2860.html