Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Siyasi ekspert: “Avropa Birliyi “dondurulmuş münaqişələr”in həllində öz prinsiplərinə uyğun hərəkət edir”
    Avropa Birliyi “sözükeçən” ölkələrin daxil olduğu bir qurumdur. Təhlükəsizlik Şurasının iki daimi üzvü varsa, bu da Avropa Birliyinə daxil olan ölkələrdir. Təbiidir ki, Təhlükəsizlik Şurasında qəbul edilən qərarlarda, işğalçı ölkələrə təzyiq mexanizminin həyata keçirilməsində, “dondurulmuş münaqişələr”in həllində məhz Avropa Birliyinin rolu böyükdür. Bu barədə KƏLAMİNFO-ya müsahibəsində politoloq Elçin Mirzəbəyli bildirib. Politoloqun fikrincə, Avropa Birliyi təsiredici imkanlara malikdir. Bu imkanlara təkcə siyasi deyil, həm də iqtisadi mexanizmlər daxildir. Siyasi ekspert bildirib ki, təsir gücü baxımından Avropa Birliyi Cənubi Qafqazdakı münaqişələrin həllində böyük rol oynamağa qadirdir, ancaq imkanlarından istifadə etmir.

    Onun söylədiklərinə əsasən, Avropa Birliyi Azərbaycanın ərazi bütövlüyü ilə və Gürcüstan problemi ilə bağlı qəbul etdiyi qətnamələr istisna olmaq şərti ilə, Qafqazdakı münaqişələrin həlli prosesində prinsipial addım atmayıb. E.Mirzəbəyli qeyd edib ki, Ermənistan işğalçı dövlətdir, lakin o, Avropa Birliyinin “Yaxın Qonşuluq” siyasətində, “Şərq Tərəfdaşlığı” proqramları çərçivəsində iştirak edir. “Əgər Avropa Birliyi dondurulmuş münaqişələrin həllində obyektivlik göstərsəydi, Ermənistanı sadaladığım iki proqram çərçivəsindən uzaqda tutması gərəkərdi. Bundan da aydın olardı ki, Avropa Birliyi BMT qətnamələrinə uyğun addım atır. Lakin, Avropa Birliyinin proritetlərinin böyük əksəriyyəti Cənubi Qafqaz maraqları ilə üst-üstə gəlmir”,-deyə siyasi ekspert qeyd edib. Politoloqun sözlərinə görə, Avropa siyasətçilərinin fikrincə, Azərbaycan və Ermənistan arasında xalq diplomatiyası qurulsa, kommunikasiyalar açılarsa, əməkdaşlıq bərpa edilərsə, Qarabağ probleminin həlli üçün imkanlar yaranar. E.Mirzəbəyli bildirib ki, Azərbaycanla Ermənistan münasibətlərinə belə fərqli yanaşma münaqişənin həllinə yol açmır. Çünki ortada hər hansı fikir ayrılığı yaxud narazılıq yox, işğal faktı var. “Absurd fikirdir ki, işğalçı ölkə ilə ərazisi zəbt olunmuş dövlət eyni qurum çərçivəsində əməkdaşlıq etsin. Avropa Birliyi belə etməklə heç bir münaqişənin həllinə nail ola bilməz”,-deyə politoloq bəyan edib.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 374
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30