Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Ombudsman Milli Məclisə amnistiya elan edilməsi ilə bağlı müraciət edib
25.01.11 17:11

Ombudsman E.Süleymanova Milli Məclisə amnistiya elan edilməsi ilə bağlı müraciət edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Ombudsman Aparatının mətbuat xidmətindən veriblər. Müraciətdə qeyd olunub ki, insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən islahatlar sırasında amnistiya və əfvetmə xüsusi yer tutur. Bildirilib ki, müstəqil Azərbaycan dövlətində amnistiya siyasətinin əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulub və bu siyasət onun layiqli davamçısı prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilir. Aparılan demokratik-hüquqi islahatların və dövlətin cinayət-hüquq siyasətinin humanistliyinin təzahürünün tərkib hissəsini təşkil edən 9 amnistiya aktı qəbul olunub və 48 əfv fərmanı imzalanıb, on minlərlə insan ailəsinə və cəmiyyətə qovuşub.Müraciətdə bu ilin bir sıra əlamətdar milli və beynəlxalq əhəmiyyətli tarixi hadisələrin ildönümləri ilə zəngin olduğu, bunların sırasında dövlət müstəqilliyimizin 20 illiyi, Azərbaycanın Avropa Şurasına üzv qəbul olumasının 10 illiyi, Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanununun 10 illiyi, İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasına və İşgəncələrə qarşı mübarizə üzrə Avropa Konvensiyasına ölkəmizin qoşulmasının 10 illiyinin xüsusi yer tutduğu diqqətə çatdırılıb. Bununla yanaşı, bütün dünyada olduğu kimi, bu il Azərbaycanda da insan hüquqları sahəsində mühüm beynəlxalq hüquqi aktlar olan “Vətəndaş və siyasi hüquqlar haqqında” və “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktların qəbul olunmasının 45, qüvvəyə minməsinin 35 illiyinin qeyd olunacağı da vurğulanıb. Qeyd olunub ki, Ombudsman haqqında qanununun 1.5-ci maddəsinə əsasən, Müvəkkil Milli Məclisə amnistiya elan edilməsi barədə təklif verə bilər. E.Süleymanova göstərilənləri nəzərə alaraq amnistiya haqqında qərarın qəbul edilməsini təklif edib. Müraciətdə müstəqillik dövründə sayca onuncu olan bu amnistiya aktının qəbul olunmasının ölkədə və beynəlxalq aləmdə xüsusi əks-səda doğurmaqla, Azərbaycanın demokratik, hüquqi dövlət olduğunu, demokratik dəyərlərə, humanizm prinsiplərinə sadiqliyini bir daha bütün dünyaya nümayiş etdirəcəyinə və millət vəkillərinin bu təklifi dəstəkləyəcəyinə inam ifadə olunub.
URL / WWW
http://kelam.az/article/a-2792.html