Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Ombudsman Milli Məclisə amnistiya elan edilməsi ilə bağlı müraciət edib
    Ombudsman E.Süleymanova Milli Məclisə amnistiya elan edilməsi ilə bağlı müraciət edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Ombudsman Aparatının mətbuat xidmətindən veriblər. Müraciətdə qeyd olunub ki, insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən islahatlar sırasında amnistiya və əfvetmə xüsusi yer tutur. Bildirilib ki, müstəqil Azərbaycan dövlətində amnistiya siyasətinin əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulub və bu siyasət onun layiqli davamçısı prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilir. Aparılan demokratik-hüquqi islahatların və dövlətin cinayət-hüquq siyasətinin humanistliyinin təzahürünün tərkib hissəsini təşkil edən 9 amnistiya aktı qəbul olunub və 48 əfv fərmanı imzalanıb, on minlərlə insan ailəsinə və cəmiyyətə qovuşub.

    Müraciətdə bu ilin bir sıra əlamətdar milli və beynəlxalq əhəmiyyətli tarixi hadisələrin ildönümləri ilə zəngin olduğu, bunların sırasında dövlət müstəqilliyimizin 20 illiyi, Azərbaycanın Avropa Şurasına üzv qəbul olumasının 10 illiyi, Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanununun 10 illiyi, İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasına və İşgəncələrə qarşı mübarizə üzrə Avropa Konvensiyasına ölkəmizin qoşulmasının 10 illiyinin xüsusi yer tutduğu diqqətə çatdırılıb. Bununla yanaşı, bütün dünyada olduğu kimi, bu il Azərbaycanda da insan hüquqları sahəsində mühüm beynəlxalq hüquqi aktlar olan “Vətəndaş və siyasi hüquqlar haqqında” və “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktların qəbul olunmasının 45, qüvvəyə minməsinin 35 illiyinin qeyd olunacağı da vurğulanıb. Qeyd olunub ki, Ombudsman haqqında qanununun 1.5-ci maddəsinə əsasən, Müvəkkil Milli Məclisə amnistiya elan edilməsi barədə təklif verə bilər. E.Süleymanova göstərilənləri nəzərə alaraq amnistiya haqqında qərarın qəbul edilməsini təklif edib. Müraciətdə müstəqillik dövründə sayca onuncu olan bu amnistiya aktının qəbul olunmasının ölkədə və beynəlxalq aləmdə xüsusi əks-səda doğurmaqla, Azərbaycanın demokratik, hüquqi dövlət olduğunu, demokratik dəyərlərə, humanizm prinsiplərinə sadiqliyini bir daha bütün dünyaya nümayiş etdirəcəyinə və millət vəkillərinin bu təklifi dəstəkləyəcəyinə inam ifadə olunub.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 566
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30