Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Geologiya İnstitutu 2010-cu ilə dair hesabat verdi
28.12.10 20:59

Bu gün Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutu 2010-cu ildəki elmi və elmi-təşkilati fəaliyyətinə dair hesabat verib. İnstitutdan KƏLAMİNFO-ya verilən məlumata görə, toplantıda çıxış edən AMEA-nın vitse-prezidenti, Geologiya İnstitutunun direktoru akademik Akif Əlizadə bildirib ki, bu il Geologiya İnstitutunun bir neçə alimi Azərbaycanın elm sahəsi üzrə Dövlət Mükafatı ilə təltif edilib. Onun sözlərinə görə, bu, geoloqların cari ildə qazandığı ən böyük uğurlardan biridir.“Başa vurulan ildə institutda aparılmış tədqiqatlar əsasən çökmə hövzələrinin təkamülü, böyük dərinliklərdə karbohidrogenlərin formalaşması, təbii və texnogen mənşəli proseslərin öyrənilməsi, geoloji təhlükələrin proqnozlaşdırılması və monitorinq sistemlərinin yaradılması istiqamətində olub. Geologiya İnstitutu yeni tədqiqatlar istiqamətini müəyyənləşdirib ki, bu da tibbi geologiyadır. Bu istiqamətdə aparılacaq tədqiqatlar bəzi geoloji obyektlərin və proseslərin canlı aləmə, o cümlədən insan səhhətinə təsirini öyrənəcək. Cənubi İsveçrənin Tətbiqi Emlər Universiteti, Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutu və Səhiyyə Nazirliyinin mütəxəssisləri tibbi geologiyanın istiqamətlərindən biri kimi, ölkəmizdə radon qazının paylanmasını öyrənir. Tədqiqatlar “Azərbaycanda radon kadastrının tərtibi, radonun diaqnostikası və səbəb olduğu problemlərin minimuma endirilməsi” layihəsi çərçivəsində aparılır”,-deyə akademik vurğulayıb. A.Əlizdə qeyd edib ki, Geologiya İnstitutunun alimləri 2010-cu ildə Avropa Şurası, Ukrayna Elmi-Texniki Mərkəzi və Azərbaycan Respublikası Prezidenti Yanında Elmin İnkişafı Fonduna 6 layihə təqdim ediblər. “Həmin layihələrdən üçü qrant dəstəyi alıb. Bu il institutda 4 mühüm elmi nəticə əldə edilmiş, 10 dissertant təhsil alıb. Həmçinin 8 ümumrespublika elmi seminarı keçirilib. Bu tədbirlərdə Geologiya İnstitutu, Bakı Dövlət Universiteti, ARDNŞ Geofizika və Geologiya İdarəsinin, AMEA Respublika Seysmik Xidmət Mərkəzinin alim və mütəxəssislərinin elmi məruzələri dinlənilib”,-deyən A.Əlizadənin çıxışından sonra toplantı iştirakçılarının hesabata dair fikirləri dinlənilib və institutun 2010-cu ildəki fəaliyyəti müsbət qiymətləndirilib.
URL / WWW
http://kelam.az/article/a-2643.html