Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Geologiya İnstitutu 2010-cu ilə dair hesabat verdi
    Bu gün Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutu 2010-cu ildəki elmi və elmi-təşkilati fəaliyyətinə dair hesabat verib. İnstitutdan KƏLAMİNFO-ya verilən məlumata görə, toplantıda çıxış edən AMEA-nın vitse-prezidenti, Geologiya İnstitutunun direktoru akademik Akif Əlizadə bildirib ki, bu il Geologiya İnstitutunun bir neçə alimi Azərbaycanın elm sahəsi üzrə Dövlət Mükafatı ilə təltif edilib. Onun sözlərinə görə, bu, geoloqların cari ildə qazandığı ən böyük uğurlardan biridir.

    “Başa vurulan ildə institutda aparılmış tədqiqatlar əsasən çökmə hövzələrinin təkamülü, böyük dərinliklərdə karbohidrogenlərin formalaşması, təbii və texnogen mənşəli proseslərin öyrənilməsi, geoloji təhlükələrin proqnozlaşdırılması və monitorinq sistemlərinin yaradılması istiqamətində olub. Geologiya İnstitutu yeni tədqiqatlar istiqamətini müəyyənləşdirib ki, bu da tibbi geologiyadır. Bu istiqamətdə aparılacaq tədqiqatlar bəzi geoloji obyektlərin və proseslərin canlı aləmə, o cümlədən insan səhhətinə təsirini öyrənəcək. Cənubi İsveçrənin Tətbiqi Emlər Universiteti, Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutu və Səhiyyə Nazirliyinin mütəxəssisləri tibbi geologiyanın istiqamətlərindən biri kimi, ölkəmizdə radon qazının paylanmasını öyrənir. Tədqiqatlar “Azərbaycanda radon kadastrının tərtibi, radonun diaqnostikası və səbəb olduğu problemlərin minimuma endirilməsi” layihəsi çərçivəsində aparılır”,-deyə akademik vurğulayıb. A.Əlizdə qeyd edib ki, Geologiya İnstitutunun alimləri 2010-cu ildə Avropa Şurası, Ukrayna Elmi-Texniki Mərkəzi və Azərbaycan Respublikası Prezidenti Yanında Elmin İnkişafı Fonduna 6 layihə təqdim ediblər. “Həmin layihələrdən üçü qrant dəstəyi alıb. Bu il institutda 4 mühüm elmi nəticə əldə edilmiş, 10 dissertant təhsil alıb. Həmçinin 8 ümumrespublika elmi seminarı keçirilib. Bu tədbirlərdə Geologiya İnstitutu, Bakı Dövlət Universiteti, ARDNŞ Geofizika və Geologiya İdarəsinin, AMEA Respublika Seysmik Xidmət Mərkəzinin alim və mütəxəssislərinin elmi məruzələri dinlənilib”,-deyən A.Əlizadənin çıxışından sonra toplantı iştirakçılarının hesabata dair fikirləri dinlənilib və institutun 2010-cu ildəki fəaliyyəti müsbət qiymətləndirilib.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 519
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30