Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Xarici ölkələrlə müqayisədə Azərbaycanda kitabların qiyməti yüksəkdir?
28.12.10 20:59

Gənclərin kitab oxumamasının səbəbi kitabların baha qiymətə satılmasıdırmı? KƏLAMİNFO bu suala cavab tapmaq üçün tələbələr arasında sorğu aparıb. Araşdırmanın nəticəsi isə birmənalı deyil. Belə ki, gənclərlə söhbət zamanı onların mütaliəyə maraqları olduğunu duyduq. Onlar əsasən mütaliə üçün kitabxanalara üz tuturlar. Buna səbəb isə kitab mağazalarında bahalığın olmasıdır. Tələbə Fatimə Kərimova kitabların bahalığından şikayətlənib: “Qiymətlər büdcəmə uyğun olmadığından, ancaq kütləvi kitabxanalara üz tutmalı oluram. Çox istəyərəm ki, şəxsi kitabxanam olsun, amma bu qiymətlərlə hələ ki mümkün deyil”,-deyə tələbə bildirib. Digər həmsöhbətimiz Aygün Əliyeva isə tamam başqa fikirdədir: “Sizcə, belə qiymətli avtomobillərlə universitetə gələn tələbənin kitab almağa imkanı yoxdur?” Hər halda düşündürücü cavabdır. Bəs, görəsən doğurdanmı kitablar bu qədər bahadır? Bunu bilmək üçün “Əli və Nino” Kitab Evinə üz tutduq. Adminstrator Rəna Canıyeva alıcıların fəallığını vurğuladı. Onun sözlərinə görə, bura müxtəlif yaş qrupuna aid insanlar müraciət edir: “Qiymətlər əsasən kitabların məzmun və müəllifinə görə dəyişir. Umumi götürdükdə isə qiymətlər heç də baha deyil”,- deyə R.Caniyeva vurğulayıb. Kitab evində qiymətlər 3 AZN-dən 30 AZN- ə kimi dəyişir. Ən çox satılan kitablar isə, Qurban Səidin “Əli və Nino” əsəri, həmçinin dünya ədəbiyyatından Den Braun və Paolo Kolyonun əsərləridir. Paytaxtın metrostansiyalarında kitab qasidləri də az deyil. Kitab mağazalarından fərqli olaraq burada qiymətlər nisbətən ucuzdur. Satıcıların dediyinə görə, alıcıların sayı çoxdur. Hətta 2, 3 kitab alanda qiymətlərdə müəyyən “güzəşt”lər də olunur. Maraqlıdır, alıcılar pula qənaət üçün kiril əlifbası ilə yazılan kitabları daha çox alırlar. M.F.Axundov adına Milli Kitabxanada apardığımız sorğuya əsasən əksəriyyət bura nadir tapılan dərsliklər üçün müraciət edir. Yaşlılar isə elmi tədqiqatlar aparmaq üçün kitabxanadan rahat yararlana bilirlər. Qeyd edək ki, xarici ölkələrlə müqayisədə Azərbaycanda kitabların qiyməti yüksəkdir. Belə ki, Türkiyə, Gürcüstan, Rusiya kimi qonşu ölkələrdə kitabların qiyməti Azərbaycanla müqaisədə 30-40% ucuzdur.
URL / WWW
http://kelam.az/article/a-2641.html