Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Xarici ölkələrlə müqayisədə Azərbaycanda kitabların qiyməti yüksəkdir?
    Gənclərin kitab oxumamasının səbəbi kitabların baha qiymətə satılmasıdırmı? KƏLAMİNFO bu suala cavab tapmaq üçün tələbələr arasında sorğu aparıb. Araşdırmanın nəticəsi isə birmənalı deyil. Belə ki, gənclərlə söhbət zamanı onların mütaliəyə maraqları olduğunu duyduq. Onlar əsasən mütaliə üçün kitabxanalara üz tuturlar. Buna səbəb isə kitab mağazalarında bahalığın olmasıdır. Tələbə Fatimə Kərimova kitabların bahalığından şikayətlənib: “Qiymətlər büdcəmə uyğun olmadığından, ancaq kütləvi kitabxanalara üz tutmalı oluram.

    Çox istəyərəm ki, şəxsi kitabxanam olsun, amma bu qiymətlərlə hələ ki mümkün deyil”,-deyə tələbə bildirib. Digər həmsöhbətimiz Aygün Əliyeva isə tamam başqa fikirdədir: “Sizcə, belə qiymətli avtomobillərlə universitetə gələn tələbənin kitab almağa imkanı yoxdur?” Hər halda düşündürücü cavabdır. Bəs, görəsən doğurdanmı kitablar bu qədər bahadır? Bunu bilmək üçün “Əli və Nino” Kitab Evinə üz tutduq. Adminstrator Rəna Canıyeva alıcıların fəallığını vurğuladı. Onun sözlərinə görə, bura müxtəlif yaş qrupuna aid insanlar müraciət edir: “Qiymətlər əsasən kitabların məzmun və müəllifinə görə dəyişir. Umumi götürdükdə isə qiymətlər heç də baha deyil”,- deyə R.Caniyeva vurğulayıb. Kitab evində qiymətlər 3 AZN-dən 30 AZN- ə kimi dəyişir. Ən çox satılan kitablar isə, Qurban Səidin “Əli və Nino” əsəri, həmçinin dünya ədəbiyyatından Den Braun və Paolo Kolyonun əsərləridir. Paytaxtın metrostansiyalarında kitab qasidləri də az deyil. Kitab mağazalarından fərqli olaraq burada qiymətlər nisbətən ucuzdur. Satıcıların dediyinə görə, alıcıların sayı çoxdur. Hətta 2, 3 kitab alanda qiymətlərdə müəyyən “güzəşt”lər də olunur. Maraqlıdır, alıcılar pula qənaət üçün kiril əlifbası ilə yazılan kitabları daha çox alırlar. M.F.Axundov adına Milli Kitabxanada apardığımız sorğuya əsasən əksəriyyət bura nadir tapılan dərsliklər üçün müraciət edir. Yaşlılar isə elmi tədqiqatlar aparmaq üçün kitabxanadan rahat yararlana bilirlər. Qeyd edək ki, xarici ölkələrlə müqayisədə Azərbaycanda kitabların qiyməti yüksəkdir. Belə ki, Türkiyə, Gürcüstan, Rusiya kimi qonşu ölkələrdə kitabların qiyməti Azərbaycanla müqaisədə 30-40% ucuzdur.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 711
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30