Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Antalyada TÜRKSOY mədəniyyət nazirləri Daimi Şurasının növbəti toplantısı keçiriləcək
24.11.10 02:14

Noyabırın 24-25-də Türkiyənin Antalya şəhərində TÜRKSOY mədəniyyət nazirləri Daimi Şurasının XXVIII dönəm toplantısı keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyindən veriblər. Cari ilin may ayında Moldovanın Qaqauziya vilayətində təşkil edilmiş TÜRKSOY-un (Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı) XXVII toplantısının qərarı əsasında TÜRKSOY-un Dönəm koordinatoru seçilmiş Türkiyənin mədəniyyət və turizm naziri Ərtoğrul Günayın rəhbərliyi və Türkiyənin ev sahibliyi ilə təşkil ediləcək iclasda TÜRKSOY Baş katibi Düsen Kaseinov ilə birlikdə təşkilata üzv ölkələrin mədəniyyət nazirləri iştirak edəcək. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi toplantıda Nazirliyin Mədəni irs şöbəsinin müdiri Rizvan Bayramov və Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsinin məsləhətçisi Günay Qurbanova tərəfindən təmsil olunacaq.İclasda 14-15 sentyabr 2010-cu il tarixdə İstanbul şəhərində keçirilmiş türkdilli ölkələrin Dövlət Başçılarının X Zirvə görüşünün Bəyannaməsində TÜRKSOY ilə bağlı qəbul edilmiş qərarlar, TÜRKSOY-un fəaliyyət və maliyyə hesabatları, 2011-ci ildə Türkmənistanın paytaxtı Aşqabad şəhərində təşkil edilməsi planlaşdırılan türkdilli ölkələrin Beynəlxalq mədəniyyət festivalı, “2010-Əhməd-Zəki Validi Toqan İli” çərçivəsində həyata keçirilmiş tədbirlər, “2011-Abdulla Tukay İli” Proqramı çərçivəsində reallaşdırılması planlaşdırılan tədbirlər, 2011-ci ildə BMT Baş Qərargahında Novruz Bayramının qeyd edilməsi, 2011-ci il TÜRKSOY Fəaliyyət proqramına əlavə və dəyişikliklər edilməsi, XXVIII toplantının yekun sənədlərinin hazırlanması və digər məsələlər ətrafında müzakirələrin aparılması gözlənilir. Bununla yanaşı toplantıda TÜRKSOY-un növbəti Dönəm koordinatorunun seçilməsi, TÜRKSOY mədəniyyət nazirləri Daimi Şurasının XXIX toplantısının yeri və tarixinin müəyyənləşdirilməsi nəzərdə tutulur.
URL / WWW
http://kelam.az/article/a-2380.html