Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Antalyada TÜRKSOY mədəniyyət nazirləri Daimi Şurasının növbəti toplantısı keçiriləcək
    Noyabırın 24-25-də Türkiyənin Antalya şəhərində TÜRKSOY mədəniyyət nazirləri Daimi Şurasının XXVIII dönəm toplantısı keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyindən veriblər. Cari ilin may ayında Moldovanın Qaqauziya vilayətində təşkil edilmiş TÜRKSOY-un (Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı) XXVII toplantısının qərarı əsasında TÜRKSOY-un Dönəm koordinatoru seçilmiş Türkiyənin mədəniyyət və turizm naziri Ərtoğrul Günayın rəhbərliyi və Türkiyənin ev sahibliyi ilə təşkil ediləcək iclasda TÜRKSOY Baş katibi Düsen Kaseinov ilə birlikdə təşkilata üzv ölkələrin mədəniyyət nazirləri iştirak edəcək. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi toplantıda Nazirliyin Mədəni irs şöbəsinin müdiri Rizvan Bayramov və Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsinin məsləhətçisi Günay Qurbanova tərəfindən təmsil olunacaq.

    İclasda 14-15 sentyabr 2010-cu il tarixdə İstanbul şəhərində keçirilmiş türkdilli ölkələrin Dövlət Başçılarının X Zirvə görüşünün Bəyannaməsində TÜRKSOY ilə bağlı qəbul edilmiş qərarlar, TÜRKSOY-un fəaliyyət və maliyyə hesabatları, 2011-ci ildə Türkmənistanın paytaxtı Aşqabad şəhərində təşkil edilməsi planlaşdırılan türkdilli ölkələrin Beynəlxalq mədəniyyət festivalı, “2010-Əhməd-Zəki Validi Toqan İli” çərçivəsində həyata keçirilmiş tədbirlər, “2011-Abdulla Tukay İli” Proqramı çərçivəsində reallaşdırılması planlaşdırılan tədbirlər, 2011-ci ildə BMT Baş Qərargahında Novruz Bayramının qeyd edilməsi, 2011-ci il TÜRKSOY Fəaliyyət proqramına əlavə və dəyişikliklər edilməsi, XXVIII toplantının yekun sənədlərinin hazırlanması və digər məsələlər ətrafında müzakirələrin aparılması gözlənilir. Bununla yanaşı toplantıda TÜRKSOY-un növbəti Dönəm koordinatorunun seçilməsi, TÜRKSOY mədəniyyət nazirləri Daimi Şurasının XXIX toplantısının yeri və tarixinin müəyyənləşdirilməsi nəzərdə tutulur.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 572
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30