Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » ATİB baş katibi Naxçıvan Özəl Universitetində keçirilən konfransda çıxış edib
19.11.10 02:51

Naxçıvan Özəl Universitetində “Azərbaycan Türkiyə münasibətlərində iqtisadiyyatın rolu” mövzusunda konfrans keçirilib. Konfransın işində Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) İdarə Heyəti sədrinin müavini, baş katib Rəşad Rəsullu da iştirak edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya ATİB-dən veriblər. Konfransı giriş sözü ilə açan Naxçıvan Özəl Universitetinin rektoru İsmayıl Əliyev Azərbaycan Türkiyə münasibətlərinin sürətli və hərtərəfli inkişafında iqtisadi əlaqələrin rolunun böyük olduğunu söyləyib: “Xüsusilə Naxçıvanın dünya ilə iqtisadi əlaqələrinin təmin edilməsində Türkiyə əhəmiyyətli mövqeyə malikdir”. Türkiyə Cumhuriyyətinin Naxçıvandakı baş konsulu Ayhan Enginar konfrans iştirakçıları qarşısında “Türkiyə Naxçıvan münasibətləri bu gün” mövzusunda məruzə ilə çıxış edib. O, Türkiyə xarici siyasətində və qardaş ölkə Azərbaycanla qarşılıqlı əlaqələrində Naxçıvanın mühüm yer tutduğunu iştirakçıların diqqətinə çatdırıb. ATİB baş katibi Rəşad Rəsullu isə “Azərbaycan Türkiyə iqtisadi əlaqələri: mövcud vəziyyət və perspektivlər” mövzusunda çıxış edib. Konfrans iştirakçılarına ATİB haqqında qısa məlumat verən R.Rəsullu qeyd edib ki, ATİB olaraq yeni fəaliyyətə başladığımız dövrdə açıqladığımız hesabatlarda əsas qeyd edilən məsələlərdən biri 2000-ci illərin əvvəllərində Türkiyənin Azərbaycanın xarici ticarətində aparıcı mövqeyini itirməsi və 5-6-cı sıraya düşməsi idi: “Hər iki ölkə rəhbərliklərinin dəstəyilə hökumətlərin həyata keçirdikləri tədbirlər nəticəsində neft və qaz faktoru nəzərə alınmasa, Türkiyə hazırda Azərbaycanın xarici ticarətində birinci mövqeyi tutmaqdadır. Konkret rəqəmlərə gəldikdə isə, 2009-cu ilin yekununu 2003-cü ilin yekunu ilə müqayisə etdikdə, iki ölkə arasındakı ticarət həcminin təxminən 3 dəfə artdığını görərik. 2007-ci ildə ticarət dövriyyəsinin həcmi təxminən 2 milyard dollara çatsa da, 2008-ci ildə bu rəqəm yenə azalmağa doğru meyillənib. Sözsüz ki, burada qlobal maliyyə böhranı özünəməxsus rol oynayıb. Bununla belə, ölkə başçılarının qarşıya ticarət dövriyyəsini 3 milyard dollara çatdırmaq vəzifəsini qoyduqlarını nəzərə alsaq, iş adamlarının və həmçinin iş adamları təşkilatlarının bu sahədə görməli olduqları daha çox işin qaldığını söyləyə bilərik”, - deyə o bildirdi. R.Rəsullu vurğulayıb ki, Azərbaycanın qeyri-neft sektoruna yatırılan investisiyalar baxımından Türkiyə şirkətləri lider mövqelərini qoruyub saxlayıblar R.Rəsullu eyni zamanda iqtisadi əlaqələrin daha da sürətli inkişafı üçün bir sıra həll edilməli olan məsələləri də konfrans iştirakçılarının diqqətinə çatdırıb: “Hesab edirik ki, iki ölkə arasında viza prosedurunun aradan qaldıırlması ilə yanaşı, əmək (işçi) resurslarının sərbəst hərəkəti barədə anlaşmanın imzalnmasına ehtiyac var. Bundan başqa, gömrük güzəştlərinin qarşılıqlı tətbiqi və bu məsələ üzrə müvafiq sazişin imzalanması yaxşı olardı. Eyni zamanda, Türkiyə tərəfi Azərbaycanda çalışan Türk şirkətlərinin güzəştli şərtlərlə kreditlərlə təmin olunmasına diqqət ayırmalıdır”. Konfransda Naxçıvan Özəl Universitetinin iqtisadiyyat fakultəsinin dekanı Ceyhun Mahmudov “Naxçıvan Türkiyə iqtisadi münasibətləri rəqəmlərlə” mövzusunda məruzə ilə çıxış edib.
URL / WWW
http://kelam.az/article/a-2352.html