Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    ATİB baş katibi Naxçıvan Özəl Universitetində keçirilən konfransda çıxış edib
    Naxçıvan Özəl Universitetində “Azərbaycan Türkiyə münasibətlərində iqtisadiyyatın rolu” mövzusunda konfrans keçirilib. Konfransın işində Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) İdarə Heyəti sədrinin müavini, baş katib Rəşad Rəsullu da iştirak edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya ATİB-dən veriblər. Konfransı giriş sözü ilə açan Naxçıvan Özəl Universitetinin rektoru İsmayıl Əliyev Azərbaycan Türkiyə münasibətlərinin sürətli və hərtərəfli inkişafında iqtisadi əlaqələrin rolunun böyük olduğunu söyləyib: “Xüsusilə Naxçıvanın dünya ilə iqtisadi əlaqələrinin təmin edilməsində Türkiyə əhəmiyyətli mövqeyə malikdir”. Türkiyə Cumhuriyyətinin Naxçıvandakı baş konsulu Ayhan Enginar konfrans iştirakçıları qarşısında “Türkiyə Naxçıvan münasibətləri bu gün” mövzusunda məruzə ilə çıxış edib. O, Türkiyə xarici siyasətində və qardaş ölkə Azərbaycanla qarşılıqlı əlaqələrində Naxçıvanın mühüm yer tutduğunu iştirakçıların diqqətinə çatdırıb.

    ATİB baş katibi Rəşad Rəsullu isə “Azərbaycan Türkiyə iqtisadi əlaqələri: mövcud vəziyyət və perspektivlər” mövzusunda çıxış edib. Konfrans iştirakçılarına ATİB haqqında qısa məlumat verən R.Rəsullu qeyd edib ki, ATİB olaraq yeni fəaliyyətə başladığımız dövrdə açıqladığımız hesabatlarda əsas qeyd edilən məsələlərdən biri 2000-ci illərin əvvəllərində Türkiyənin Azərbaycanın xarici ticarətində aparıcı mövqeyini itirməsi və 5-6-cı sıraya düşməsi idi: “Hər iki ölkə rəhbərliklərinin dəstəyilə hökumətlərin həyata keçirdikləri tədbirlər nəticəsində neft və qaz faktoru nəzərə alınmasa, Türkiyə hazırda Azərbaycanın xarici ticarətində birinci mövqeyi tutmaqdadır. Konkret rəqəmlərə gəldikdə isə, 2009-cu ilin yekununu 2003-cü ilin yekunu ilə müqayisə etdikdə, iki ölkə arasındakı ticarət həcminin təxminən 3 dəfə artdığını görərik. 2007-ci ildə ticarət dövriyyəsinin həcmi təxminən 2 milyard dollara çatsa da, 2008-ci ildə bu rəqəm yenə azalmağa doğru meyillənib. Sözsüz ki, burada qlobal maliyyə böhranı özünəməxsus rol oynayıb. Bununla belə, ölkə başçılarının qarşıya ticarət dövriyyəsini 3 milyard dollara çatdırmaq vəzifəsini qoyduqlarını nəzərə alsaq, iş adamlarının və həmçinin iş adamları təşkilatlarının bu sahədə görməli olduqları daha çox işin qaldığını söyləyə bilərik”, - deyə o bildirdi. R.Rəsullu vurğulayıb ki, Azərbaycanın qeyri-neft sektoruna yatırılan investisiyalar baxımından Türkiyə şirkətləri lider mövqelərini qoruyub saxlayıblar R.Rəsullu eyni zamanda iqtisadi əlaqələrin daha da sürətli inkişafı üçün bir sıra həll edilməli olan məsələləri də konfrans iştirakçılarının diqqətinə çatdırıb: “Hesab edirik ki, iki ölkə arasında viza prosedurunun aradan qaldıırlması ilə yanaşı, əmək (işçi) resurslarının sərbəst hərəkəti barədə anlaşmanın imzalnmasına ehtiyac var. Bundan başqa, gömrük güzəştlərinin qarşılıqlı tətbiqi və bu məsələ üzrə müvafiq sazişin imzalanması yaxşı olardı. Eyni zamanda, Türkiyə tərəfi Azərbaycanda çalışan Türk şirkətlərinin güzəştli şərtlərlə kreditlərlə təmin olunmasına diqqət ayırmalıdır”. Konfransda Naxçıvan Özəl Universitetinin iqtisadiyyat fakultəsinin dekanı Ceyhun Mahmudov “Naxçıvan Türkiyə iqtisadi münasibətləri rəqəmlərlə” mövzusunda məruzə ilə çıxış edib.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 439
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30