Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Minsk Qrupunun həmsədrləri və xüsusi nümayəndəsi Anji Kaspşik illik hesabatla çıxış ediblər
13.11.10 03:15

ATƏT-in Daimi Şurasının Vyanada keçirilmiş iclasında Minsk qrupunun həmsədrləri və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşik illik hesabatla çıxış ediblər. KƏLAMİNFO xəbər verir ki, A.Kaspşik çıxışında bildirib ki, ötən ilin noyabrından indiyədək keçən dövrdə qoşunların təmas xəttində vəziyyət sabit, lakin gərgin olub. Xüsusi nümayəndə bu kontekstdə Azərbaycan və Ermənistan prezidentlərinin Həştərxan görüşündən sonra qəbul edilmiş bəyanatı alqışlayıb. Həmsədrlər Robert Bratke (ABŞ), Bernar Fasye (Fransa) və İqor Popov (Rusiya) çıxışlarında hesabat dövründə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Ermənistan və Azərbaycan arasında keçirilmiş görüşlər və aparılan danışıqlar barədə məlumat veriblər. İclasda iştirak edən Azərbaycan və Ermənistan nümayəndə heyətləri məsələ ilə bağlı çıxış ediblər. Azərbaycan nümayəndə heyəti adından qeyd edilib ki, Azərbaycan Dağlıq Qarabağ bölgəsində ölkəmizin ərazi bütövlüyü çərçivəsində həm Azərbaycan, həm də erməni icmalarının hüquqlarını təmin edəcək özünü idarəetmə modelinin razılaşdırılmasına hazırdır. Minsk qrupunun tərəflərlə müzakirə etdiyi belə bir modelə əsasən regionun statusu gələcəkdə müəyyən edilməlidir ki, bunun üçün də obyektiv şərait yaradılmalıdır. Yəni, Ermənistan tərəfindən işğal edilmiş ərazilər boşaldılmalı, məcburi köçkünlər öz torpaqlarına geri qayıtmalı və kommunikasiya xətləri bərpa edilməlidir. Bir daha diqqətə çatdırılıb ki, bu məsələlər ətrafında aparılan müzakirələrdə Ermənistanın tutduğu qeyri-konstruktiv mövqe razılığın əldə edilməsinə imkan vermir. Lakin bu müzakirələr, hələ ki, ilkin mərhələdəki əsas prinsiplərin işlənməsinə yönəlib və bundan sonra əsas saziş üzərində iş aparılmalıdır. Hazırkı mərhələdə müzakirə edilən məsələlərə növbəti mərhələdə də baxılacağını nəzərə alaraq, Azərbaycan nümayəndə heyəti tərəflərin razılaşmada çətinliklərinin aradan qaldırılması, müzakirələrin daha effektiv aparılması üçün məsafənin qısaldılması və işin əsas sazişin işlənməsinə yönəldilməsini təklif edib.
URL / WWW
http://kelam.az/article/a-2343.html