Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Minsk Qrupunun həmsədrləri və xüsusi nümayəndəsi Anji Kaspşik illik hesabatla çıxış ediblər
    ATƏT-in Daimi Şurasının Vyanada keçirilmiş iclasında Minsk qrupunun həmsədrləri və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşik illik hesabatla çıxış ediblər. KƏLAMİNFO xəbər verir ki, A.Kaspşik çıxışında bildirib ki, ötən ilin noyabrından indiyədək keçən dövrdə qoşunların təmas xəttində vəziyyət sabit, lakin gərgin olub. Xüsusi nümayəndə bu kontekstdə Azərbaycan və Ermənistan prezidentlərinin Həştərxan görüşündən sonra qəbul edilmiş bəyanatı alqışlayıb. Həmsədrlər Robert Bratke (ABŞ), Bernar Fasye (Fransa) və İqor Popov (Rusiya) çıxışlarında hesabat dövründə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Ermənistan və Azərbaycan arasında keçirilmiş görüşlər və aparılan danışıqlar barədə məlumat veriblər.

    İclasda iştirak edən Azərbaycan və Ermənistan nümayəndə heyətləri məsələ ilə bağlı çıxış ediblər. Azərbaycan nümayəndə heyəti adından qeyd edilib ki, Azərbaycan Dağlıq Qarabağ bölgəsində ölkəmizin ərazi bütövlüyü çərçivəsində həm Azərbaycan, həm də erməni icmalarının hüquqlarını təmin edəcək özünü idarəetmə modelinin razılaşdırılmasına hazırdır. Minsk qrupunun tərəflərlə müzakirə etdiyi belə bir modelə əsasən regionun statusu gələcəkdə müəyyən edilməlidir ki, bunun üçün də obyektiv şərait yaradılmalıdır. Yəni, Ermənistan tərəfindən işğal edilmiş ərazilər boşaldılmalı, məcburi köçkünlər öz torpaqlarına geri qayıtmalı və kommunikasiya xətləri bərpa edilməlidir. Bir daha diqqətə çatdırılıb ki, bu məsələlər ətrafında aparılan müzakirələrdə Ermənistanın tutduğu qeyri-konstruktiv mövqe razılığın əldə edilməsinə imkan vermir. Lakin bu müzakirələr, hələ ki, ilkin mərhələdəki əsas prinsiplərin işlənməsinə yönəlib və bundan sonra əsas saziş üzərində iş aparılmalıdır. Hazırkı mərhələdə müzakirə edilən məsələlərə növbəti mərhələdə də baxılacağını nəzərə alaraq, Azərbaycan nümayəndə heyəti tərəflərin razılaşmada çətinliklərinin aradan qaldırılması, müzakirələrin daha effektiv aparılması üçün məsafənin qısaldılması və işin əsas sazişin işlənməsinə yönəldilməsini təklif edib.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 461
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30