Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Misirdə “Mən Azərbaycan haqqında nə bilirəm?” müsabiqəsinə start verilib
02.11.10 02:57

Misirdə Azərbaycanın bu ölkədəki səfirliyi, Gənclər və İdman Nazirliyi (GİN) və Misirin Qahirə universitetinin birgə layihəsi olan “Mən Azərbaycan haqqında nə bilirəm?” inşa müsabiqəsinə start verilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya GİN-nin mətbuat xidmətindən veriblər. Layihə çərçivəsində Misirin ali təhsil müəssisələrinin tələbələrinin ümummilli lider Heydər Əliyevin həyat və yaradıcılığı, Azərbaycanın tarixi, mədəniyyəti, ədəbiyyatı, incəsənəti, iqtisadiyyatı, beynəlxalq münasibətlərdə rolu və digər mövzularda inşa yazmaları nəzərdə tutulur. Layihə Misir gəncləri arasında Azərbaycan haqqında məlumatlandırılmanın artırmaq, Misirli tələbələri və gənc elm xadimlərini Azərbaycanı daha yaxından öyrənməyə və ölkəmiz barəsində gələcək elmi-tədqiqat fəaliyyətinə həvəsləndirmək məqsədi daşıyır. İnşa müsabiqəsi Misirin Qahirə, Ayn-Şəms, Əl-Azhar, İsgəndəriyə, Qahirə Amerika universiteti və digər nüfuzlu ali təhsil müəssisələrini əhatə edəcək. Qahirə universitetinin rektoru Hüsəm Kamil və prorektoru Adel Zayed ilk gündən bu təşəbbüsü alqışlayıb, onun körpü rolunu oynayaraq, Azərbaycan-Misir gənclərinin bir araya gətirilməsi, ölkələrimizin elmi dairələri və təlim-tədris müəssisələri arasında əlaqələrin daha da gücləndirilməsi işinə töhfə verəcəyinə əmin olduqlarını ifadə ediblər. Qahirə universitetindən “Mən Azərbaycan haqqında nə bilirəm?” inşa müsabiqəsinin əlaqələndiricisi, Sivilizasiyaların tədqiqi və mədəniyyətlərin dialoqu proqramının direktoru doktor Pakinam Əl Şərqavi müsabiqənin Misir tələbələri tərəfindən xüsusi maraqla qarşılandığını qeyd edərək, bu kimi layihələrin dərin tarixi köklərə əsaslanan Azərbaycan-Misir xalqları arasındakı dostluğun güclənməsinə xidmət etdiyini vurğulayıb. Layihə çərçivəsində Azərbaycanın Misir Ərəb Respublikasındakı səfirliyi tərəfindən tələbələrlə görüşlər keçiriləcək və onlara yazdıqları inşa mövzusu ilə əlaqədar əlavə elmi və tədqiqat materialları veriləcək. GİN-nin dəvəti əsasında Azərbaycan ilə daha yaxından tanış olmaq üçün münsiflər heyəti tərəfindən seçiləcək ən yaxşı on inşanın müəllifinin Azərbaycana səfəri təşkil olunacaq. Layihənin gələn ilin yanvarın 25-də qaliblərin təltif edilməsi ilə başa çatması nəzərdə tutulur.
URL / WWW
http://kelam.az/article/a-2278.html