Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    Misirdə “Mən Azərbaycan haqqında nə bilirəm?” müsabiqəsinə start verilib
    Misirdə Azərbaycanın bu ölkədəki səfirliyi, Gənclər və İdman Nazirliyi (GİN) və Misirin Qahirə universitetinin birgə layihəsi olan “Mən Azərbaycan haqqında nə bilirəm?” inşa müsabiqəsinə start verilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya GİN-nin mətbuat xidmətindən veriblər. Layihə çərçivəsində Misirin ali təhsil müəssisələrinin tələbələrinin ümummilli lider Heydər Əliyevin həyat və yaradıcılığı, Azərbaycanın tarixi, mədəniyyəti, ədəbiyyatı, incəsənəti, iqtisadiyyatı, beynəlxalq münasibətlərdə rolu və digər mövzularda inşa yazmaları nəzərdə tutulur. Layihə Misir gəncləri arasında Azərbaycan haqqında məlumatlandırılmanın artırmaq, Misirli tələbələri və gənc elm xadimlərini Azərbaycanı daha yaxından öyrənməyə və ölkəmiz barəsində gələcək elmi-tədqiqat fəaliyyətinə həvəsləndirmək məqsədi daşıyır. İnşa müsabiqəsi Misirin Qahirə, Ayn-Şəms, Əl-Azhar, İsgəndəriyə, Qahirə Amerika universiteti və digər nüfuzlu ali təhsil müəssisələrini əhatə edəcək.

    Qahirə universitetinin rektoru Hüsəm Kamil və prorektoru Adel Zayed ilk gündən bu təşəbbüsü alqışlayıb, onun körpü rolunu oynayaraq, Azərbaycan-Misir gənclərinin bir araya gətirilməsi, ölkələrimizin elmi dairələri və təlim-tədris müəssisələri arasında əlaqələrin daha da gücləndirilməsi işinə töhfə verəcəyinə əmin olduqlarını ifadə ediblər. Qahirə universitetindən “Mən Azərbaycan haqqında nə bilirəm?” inşa müsabiqəsinin əlaqələndiricisi, Sivilizasiyaların tədqiqi və mədəniyyətlərin dialoqu proqramının direktoru doktor Pakinam Əl Şərqavi müsabiqənin Misir tələbələri tərəfindən xüsusi maraqla qarşılandığını qeyd edərək, bu kimi layihələrin dərin tarixi köklərə əsaslanan Azərbaycan-Misir xalqları arasındakı dostluğun güclənməsinə xidmət etdiyini vurğulayıb. Layihə çərçivəsində Azərbaycanın Misir Ərəb Respublikasındakı səfirliyi tərəfindən tələbələrlə görüşlər keçiriləcək və onlara yazdıqları inşa mövzusu ilə əlaqədar əlavə elmi və tədqiqat materialları veriləcək. GİN-nin dəvəti əsasında Azərbaycan ilə daha yaxından tanış olmaq üçün münsiflər heyəti tərəfindən seçiləcək ən yaxşı on inşanın müəllifinin Azərbaycana səfəri təşkil olunacaq. Layihənin gələn ilin yanvarın 25-də qaliblərin təltif edilməsi ilə başa çatması nəzərdə tutulur.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 405
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30