Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Aida İmanquliyevaya həsr olumuş “Məqalələr və tərcümələr” kitabı nəşr olunub
15.10.10 19:18

Aida İmanquliyevanın 70 illik yubileyi münasibətilə “Məqalələr və tərcümələr” kitabının təqdimat mərasimi keçirilib. KƏLAMİNFO xəbər verirki, tədbirdə çıxış edən kitabın tərtibçisi, filologiya elmləri doktoru Vilayət Cəfər bildirib ki, kitab Aida xanımın ötən əsrin 60-80-ci illərdə qələmə aldığı məqalələrin və ərəb dilindən Azərbaycan dilinə etdiyi hekayə tərcümələrinin ilk toplusudur. Həmin məqalə və tərcümələr vaxtilə “Azərbaycan”, “Literaturnıy Azerbaydjan”, AMEA-nın “Xəbərlər” “Ədəbiyyat və incəsənət”, “Şərq filologiyası məsələləri”, “Ərəb filologiyası məsələləri” və s. kimi neçə-neçə qəzet, jurnal və məcmuələrdə çap olunub. V.Cəfər həmçinin qeyd etdi ki, bu məqalə və tərcümələri bir yerə toplayandan sonra yeni bir Aida xanım kəşf etdim. “Şübhə etmirəm ki, kitabı oxuyan hər bir oxucu özü bu kəşfi görəcək. Məqalələrin kirildən latına transliterasiyasının korrekturasını bir daha təshih edəndən sonra belə qənaətə gəldim ki, Aida xanım heç də sırf ərəb-məhcər ədəbiyyatı mütəxəssisi saymaq düzgün deyil, onun yaradıcılıq laboratoriyasının üfüqləri Əndəlusiya torpaqlarından tutmuş Misir, Fələstin, Suriya, Livan və Dəclə-Fərat sahillərinə qədər uzanır”,-deyə V.Cəfər əlavə edib. Kitabda Aida İmanquliyevanın istər Azərbaycan, istərsə də Rusiyada ərəb ədəbiyyatı ilə əlaqədar yazılmış monoqrafiyalara da resenzist münasibəti öz əksini tapıb.
URL / WWW
http://kelam.az/article/a-2197.html