Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » DQİDK sədri Hidayət Orucov mətbuat konfransı keçirib
08.10.10 17:30

Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Hidayət Orucovun Yeni Azərbaycan Partiyasının (YAP) mərkəzi qərargahında mətbuat konfransı keçirib. KƏLAMİNFO xəbər verir ki, H.Orucov cari il ərzində rəhbərlik etdiyi qurumun gördüyü işlər və gələcək perspektivlər barədə məlumat verib. O qeyd edib ki, ölkəmiz vicdan azadlığı, eləcə də dini durumun səviyyəsinə görə təkcə regionda deyil, dünyada nümunəvi ölkələrdən biri kimi qəbul olunur. Onun sözlərinə görə, Azərbaycan hökuməti ölkə vətəndaşlarının vicdan azadlığını tam şəkildə təmin edir və dini durumu nəzarətdə saxlayır. Dövlət-din münasibətlərinin qanunvericilik bazasının möhkəmləndirilməsi, mövcud tolerantlıq mühitinin qorunub saxlanılmasi, dini konfessiyalar və icmalar arasında əməkdaşlığın gücləndirilməsi, dini dözümsüzlük və qarşıdurma meyillərinin qarşısının alınması məqsədilə mühüm tədbirlərin həyata keçirildiyini diqqətə çatdıran H.Orucov təəssüflə vurğulayıb ki, ölkədə yaranan sağlam dini mühitdən sui-istifadə etməyə çalışan, dini dözümsüzlük və ayrı-seçkilik mövqeyindən çıxış edən radikal qruplar və hansısa xarici siyasi dairələrin maraqlarına xidmət edən şəxslər də var. O qeyd edib ki, Azərbaycan cəmiyyəti tərəfindən birmənalı qəbul edilməyən bu qrupların və şəxslərin əslində dinlə heç bir əlaqəsi yoxdur. Sadəcə onlar din pərdəsi altında gizlənərək başqa maraqlara xidmət edirlər. H.Orucov dini icmaların qeydiyyatı məsələsinə də toxunub və bildirib ki, bu günə qədər dövlət qeydiyyatından keçmək üçün DQİDK-ə 794 dini icma müraciət edib. Onun sözlərinə görə, 480 dini icmaya qeydiyyatdan keçmə üçün şəhəadətmnamə verilib, sənədləri müvafiq qaydada hazırlanmadığı üçün 24-nün dövlət qeydiyyatına alınmasından imtina olunub. “Onlardan 15-i islam, 9-u qeyri-islam təmayüllü dini icmadır. Qeydiyyatla bağlı qanunvericilikdən irəli gələn məsələlərin həlli artıq yekunlaşmaq ərəfəsindədir”,-deyə komitə sədri vurğulayıb. Qeyri-qanuni yollarla dini ədəbiyyatın ölkəyə idxalının və yayılmasının qarşısının alınması məqsədi ilə də müvafiq dövlət qurumları ilə birgə gərəkli tədbirlərin həyata keçirildiyini vurğulayan H.Orucov qeyd edib ki, bu il isə avqust ayının 1-dək ekspertizaya təqdim edilən 993 adda dini ədəbiyyatdan cəmi 125-nin yayılmasına razılıq verilməyib. H.Orucov məscidlərin tikintisi məsələsinə də toxunub. Bildirib ki, Azərbaycanda xeyli sayda məscidlər var və onların böyük əksəriyyəti qanunsuz tikilib. H.Orucov onu da bildirib ki, hazırda ölkədə dini durumun daha da sabitləşməsi, dini proseslərin dərindən öyrənilməsi, təhlil olunması, dini qurumlarla əməkdaşlığın genişləndirilməsi və dini maarifləndirmə işinin gücləndirilməsi istiqamətində daha önəmli tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.
URL / WWW
http://kelam.az/article/a-2166.html