Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 

    DQİDK sədri Hidayət Orucov mətbuat konfransı keçirib
    Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Hidayət Orucovun Yeni Azərbaycan Partiyasının (YAP) mərkəzi qərargahında mətbuat konfransı keçirib. KƏLAMİNFO xəbər verir ki, H.Orucov cari il ərzində rəhbərlik etdiyi qurumun gördüyü işlər və gələcək perspektivlər barədə məlumat verib. O qeyd edib ki, ölkəmiz vicdan azadlığı, eləcə də dini durumun səviyyəsinə görə təkcə regionda deyil, dünyada nümunəvi ölkələrdən biri kimi qəbul olunur. Onun sözlərinə görə, Azərbaycan hökuməti ölkə vətəndaşlarının vicdan azadlığını tam şəkildə təmin edir və dini durumu nəzarətdə saxlayır.

    Dövlət-din münasibətlərinin qanunvericilik bazasının möhkəmləndirilməsi, mövcud tolerantlıq mühitinin qorunub saxlanılmasi, dini konfessiyalar və icmalar arasında əməkdaşlığın gücləndirilməsi, dini dözümsüzlük və qarşıdurma meyillərinin qarşısının alınması məqsədilə mühüm tədbirlərin həyata keçirildiyini diqqətə çatdıran H.Orucov təəssüflə vurğulayıb ki, ölkədə yaranan sağlam dini mühitdən sui-istifadə etməyə çalışan, dini dözümsüzlük və ayrı-seçkilik mövqeyindən çıxış edən radikal qruplar və hansısa xarici siyasi dairələrin maraqlarına xidmət edən şəxslər də var. O qeyd edib ki, Azərbaycan cəmiyyəti tərəfindən birmənalı qəbul edilməyən bu qrupların və şəxslərin əslində dinlə heç bir əlaqəsi yoxdur. Sadəcə onlar din pərdəsi altında gizlənərək başqa maraqlara xidmət edirlər. H.Orucov dini icmaların qeydiyyatı məsələsinə də toxunub və bildirib ki, bu günə qədər dövlət qeydiyyatından keçmək üçün DQİDK-ə 794 dini icma müraciət edib. Onun sözlərinə görə, 480 dini icmaya qeydiyyatdan keçmə üçün şəhəadətmnamə verilib, sənədləri müvafiq qaydada hazırlanmadığı üçün 24-nün dövlət qeydiyyatına alınmasından imtina olunub. “Onlardan 15-i islam, 9-u qeyri-islam təmayüllü dini icmadır. Qeydiyyatla bağlı qanunvericilikdən irəli gələn məsələlərin həlli artıq yekunlaşmaq ərəfəsindədir”,-deyə komitə sədri vurğulayıb. Qeyri-qanuni yollarla dini ədəbiyyatın ölkəyə idxalının və yayılmasının qarşısının alınması məqsədi ilə də müvafiq dövlət qurumları ilə birgə gərəkli tədbirlərin həyata keçirildiyini vurğulayan H.Orucov qeyd edib ki, bu il isə avqust ayının 1-dək ekspertizaya təqdim edilən 993 adda dini ədəbiyyatdan cəmi 125-nin yayılmasına razılıq verilməyib. H.Orucov məscidlərin tikintisi məsələsinə də toxunub. Bildirib ki, Azərbaycanda xeyli sayda məscidlər var və onların böyük əksəriyyəti qanunsuz tikilib. H.Orucov onu da bildirib ki, hazırda ölkədə dini durumun daha da sabitləşməsi, dini proseslərin dərindən öyrənilməsi, təhlil olunması, dini qurumlarla əməkdaşlığın genişləndirilməsi və dini maarifləndirmə işinin gücləndirilməsi istiqamətində daha önəmli tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    Baxılıb: 422
    +  -  Çap 

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30